21 December 2025

Çin Rusiyadan rekord həddə qızıl aldı

Çin noyabr ayında Rusiyadan 961 milyon dollar dəyərində qızıl alıb ki, bu da ikitərəfli ticarətdə indiyə qədər ən yüksək məbləğdir.

Bu barədə Rusiya mediası Çinin gömrük məlumatlarını təhlil edərək bildirib.

Ardıcıl ikinci aydır ki, belə böyük tədarüklər qeydə alınır: tədarük oktyabr ayında 930 milyon dollar təşkil edib.

Ötən ilin eyni aylarında qiymətli metal Çinə ixrac edilməyib və pik dəyəri 223 milyon dollar olub.

"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib.

"Qarabağ" səfərdə “Qəbələ”yə 2:1, “Araz-Naxçıvan” isə öz meydanında “Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Ağdam təmsilçisi 36 xalla 1-ci, Qəbələnin eyniadlı klubu 8 xalla 11-ci, Naxçıvan komandası 26 xalla 6-cı, Şamaxı kollektivi isə 20 xalla 7-ci pillədə qərarlaşıb.

İsrail Fələstin ərazisində 11 yeni yaşayış məntəqəsinin yaradıldığını elan edib

İsrail hökuməti Fələstində, İordan çayının qərb sahilində 11 yeni yaşayış məntəqəsinin yaradıldığını, həmçinin əvvəllər qeyri-qanuni sayılan səkkiz forpost və məskunlaşma məhəlləsinin rəsmən yaşayış məntəqəsi kimi tanındığını açıqlayıb.

Qərar İsrail müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriçin təklif etdiyi qətnamə əsasında hazırlanaraq dekabrın 12-də Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənsə də, bu barədə rəsmi məlumat bu gün açıqlanıb.

Sabah Amnistiya aktının icrasına başlanılır

Sabah Aministiya aktının icrasına başlanılır.

Dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib.

Parlament Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında belə qərar qəbul edib.

Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılacaq. Sabah amnistiyaya düşən məhkumlardan bir qrupu azad ediləcək.

Lula ABŞ-ı Venesuela ilə bağlı xəbərdar etdi: "Hərbi müdaxilə humanitar fəlakət olardı"

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi Cənubi Amerikanı yenidən xarici müdaxilə bataqlığına sürükləyəcək.

Merkosur Zirvə Toplantısının açılışında çıxış edən Prezident Lula bildirib ki, ABŞ-ın Venesuelaya qarşı hərbi variantları masada saxlaması Cənubi Amerika üçün ciddi və çoxşaxəli nəticələrə səbəb olacağını deyib.

CAR-da qanlı atışma: Ölənlər və yaralananlar var

Cənubi Afrika Respublikasında atışma baş verib.

Hadisə Yohannesburq şəhərinin yaxınlığında yerləşən qəsəbədə qeydə alınıb.

Silahlı naməlum şəxsin törətdiyi cinayət nəicəsində 10 nəfər həyatını itirib, 10 nəfər də yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Kimliyi hələ bəlli olmayan caninin axtarışı aparılır. Cinayətin motivləri də məlum deyil.

'Super Qrip' xəbərdarlığı: H3N2 virusu narahatedici mutasiyaya məruz qalıb

Dünya "H3N2 altklade K" adlı yeni variant səbəbindən sərt qrip mövsümünə hazırlaşır.

Mutasiyalar qrip viruslarında geniş yayılsa da, çox vaxt böyük təsir göstərmədən aradan qaldırılır. Lakin bu ilki geniş yayılmış A qripi (H3N2) virusu alimləri narahat edən bir dəyişiklik göstərib.

New York Times qəzetinin məlumatına görə, ABŞ və dünya H3N2 altklade K adlı yeni variant səbəbindən sərt qrip mövsümünə hazırlaşır.

Qəzza sahillərində təbii qaz ehtiyatları ilə bağlı beynəlxalq danışıqlar iddiaları

Qərb və ərəb rəsmiləri ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin Qəzzanın bərpası bəhanəsi ilə Qəzzanın təbii qaz ehtiyatlarını talan etmək planı olduğunu açıqlayıblar.

Qərb və ərəb rəsmiləri ABŞ, Sionist rejimi və BƏƏ arasında Qəzza zolağının bərpasına maliyyə yardımı göstərmək adı altında Qəzza sahillərində təbii qazın istismarı ilə bağlı danışıqların aparıldığını bildiriblər.

Sənadakı tarixi izdiham: Milyonlar Quran və Fələstin üçün birləşdi

Cümə günü milyonlarla insan Yəmənin paytaxtı Sənada Qurani-Kərəmə göstərilən hörmətsizliyə etiraz etmək üçün toplandı.

Milyonlarla insanın qatıldığı nümayişdə "Qurani-Kərim və Fələstini dəstəkləmək üçün ümumi səfərbərlik və hazırlıq" kimi şüarlar səsləndirilib.

Bir milyon insanın qatıldığı nümayişdə Yəmən vətəndaşları Qurani-Kərəmə edilən hər hansı bir təhqiri bütün İslam ümmətinə hücum kimi qiymətləndiriblər. Onlar Quranı dəstəkləyən bannerlər daşıyırdılar.

Ayətullah Cavadi Amuli: İnsan öz real ehtiyaclarından artıq sərvət toplamamalıdır

İnsan öz real ehtiyaclarından artıq sərvət toplamamalıdır; çünki insanın öz ehtiyaclarından artıq olan hər şey onu başqalarının xəzinədarına çevirir.

Nəhc əl-Bəlağənin təfsiri ilə bağlı müzakirələri davam edən Ayətullah Cavadi Amuli Əmirəl-möminin Əlinin (ə) 191-ci qısa kəlamların izah edərək onu təfsir edib; onun sözlərinə görə, bu ayə dünyanın reallığını və insanın həyat, zaman və təbiət sistemi ilə əlaqəsini hərtərəfli təhlil edib.

“Liverpul” səfərdə “Tottenhem”i məğlub etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.

Açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib.

Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub.

Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0, “Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut” “Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə razılaşıb.

“Hizbullah” silahların İraq hakimiyyətinə təhvil verilməsi ilə bağlı müzakirələrin şərtlərini açıqlayıb

“Hizbullah” Türkiyə də daxil olmaqla bütün NATO qüvvələri İraqdan çıxana qədər silahlarının İraq hakimiyyətinə verilməsini müzakirə etməyəcək.

Bu barədə hərəkatın “Telegram” kanalında dərc olunmuş açıqlamada deyilir.