ABŞ konqresmenləri Azərbaycana yardımı məhdudlaşdırmaq və Ermənistanın təhlükəsizliyini gücləndirmək məqsədilə qanun layihəsi təqdim ediblər.
Bu məlumata əsasən, ABŞ Konqresində “ERMƏNİSTAN Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlı iki partiyalı qanun layihəsi təqdim olunub. Layihə Konqresdə Erməni Məsələləri üzrə Qrupun həmsədrləri, respublikaçı Qas Bilirakis və demokrat Frenk Pallone tərəfindən irəli sürülüb.
Qanun layihəsi ABŞ prezidentinə Azərbaycana qarşı 907-ci maddə üzrə məhdudiyyətləri, onun Ermənistanla davamlı sülhün qurulması istiqamətində aydın addımlar atmadığı zamana qədər qüvvədə saxlamağı tövsiyə edir.
Bu addımlar sırasında konqresmenlər Ermənistanın suveren ərazilərindən bütün hərbi qüvvələrin tam çıxarılmasını, bütün erməni məhbusların qeyd-şərtsiz azad edilməsini, eləcə də erməni mədəni və dini irsinin qorunmasının təmin olunmasını tələb ediblər.
Qanun layihəsi həmçinin, Ermənistanın müdafiə və çəkindirmə imkanlarını gücləndirmək məqsədilə ABŞ-ın Ermənistana göstərdiyi təhlükəsizlik yardımının hərtərəfli şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur.
Layihəyə əsasən, ABŞ-ın müharibə naziri Konqresin müdafiə komitələrinə Ermənistanın təhlükəsizlik mühitində mövcud təhdidlərin miqyası, dinamikası və xarakteri barədə siyasi və strateji qiymətləndirməni əks etdirən hesabat hazırlayıb təqdim etməlidir.
Azərbaycana yardım məhdudlaşdırılmalıdır!