Nücəba Hərəkatı: Silahlarımızı yerə qoymayacağıq

Kətaib Hizbullahın ardınca İraqdakı Nücəba Hərəkatı da "tərksilahsızlığa yox" bayrağını qaldırıb və İraqdakı silahlara dövlət inhisarı ilə bağlı mümkün danışıqların gələcəyini işğalçı qüvvələrin ölkədən çıxarılması ilə əlaqələndirib.

İraq müqavimət qruplarından biri olan Nücəba Hərəkatı, ABŞ-ın ölkədəki hərbi mövcudluğuna qarşı mübarizənin davam etməli olduğunu vurğulayıb və bunu "milli suverenliyin açıq şəkildə pozulması" kimi xarakterizə edib.

Hərəkatın hərbi müavini Əbdülqadir Kərbəlayi mətbuat açıqlamasında bildirib:

"Aydın rəsmi və xalq tələbinə baxmayaraq, Amerika qüvvələrinin mövcudluğunun davam etməsi İraqın müstəqilliyinə açıq bir hücumdur. ABŞ təkcə İraq ərazisindən çıxmaqdan imtina etmir, həm də muzdlu qrupları dəstəkləmək və silahlandırmaqla ölkəni qeyri-sabitləşdirməyi hədəfləyir."

Kərbəlayi çıxışına belə davam etdirib:

“İşğal müqavimətin legitimliyini gücləndirir. Müqavimət suverenliyi qəsb edilmiş və torpaqları işğal edilmiş millətlərin qanuni hüququdur. Bu hüquq öz legitimliyini İraq xalqının şərəf və ləyaqətindən irəli gətirir; heç vaxt rüsvayçılığı və alçaldılmasını qəbul etməyən və qəbul etməyəcək bir xalqdır.”

Kərbəlayi təkəbbürlü işğalçılara da müraciət edərək deyib:

“Şəhidlər Ağasının (İmam Hüseyn - əleyhissalam) yolunu özünə rəhbər seçən hər kəs sizin təhdidlərinizdən və ya sui-qəsdlərinizdən qorxmayacaq; xainlərin parıldayan xəncərləri onların qəlbinə qorxu salmayacaq.”

Bu arada, son 24 saat ərzində İmam Əli Briqadaları, Əsaib Əhli-Haq, Ənsarullah əl-Əvfiyyə və Seyyid əş-Şühəda Briqadaları da daxil olmaqla bir neçə müqavimət qrupu dövlət tərəfindən toplanan silahlar məsələsini müzakirə etməyə hazır olduqlarını açıqladılar.

Buna cavab olaraq, Kataib Hizbullah ayrıca bir açıqlamada vurğulayıb:

“İraqın suverenliyi tam şəkildə bərqərar olmadan və xarici müdaxilələr dayandırılmadan tərksilah haqqında danışmaq mənasızdır. Bizim mövqeyimiz dini hakimiyyətimiz tərəfindən dəfələrlə vurğulanan mövqe ilə eynidir”.