17 August 2025

“Neftçi”dən start antirekordu

“Neftçi” ardıcıl 3-cü mövsümdə Premyer Liqaya qələbəsiz başlayıb.

“Ağ-qaralar” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/2024-cü illər mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

İsrailin daha iki hərbçisi məhv edilib

Sionist rejimin 24-cü telekanalı (i24) işğal olunmuş Fələstin torpaqlarının şimalında bu rejimə məxsus iki hərbçinin həlak olduğunu xəbər verib.

Rejimin polisinin bəyanatında bildirilir ki, magistral yol 90-da baş verən yol qəzasında ölən iki motosikletçi sərhəd qoşunlarının hərbçiləri olub. Onların adları general-mayor Tomer Eliyahu Klebi və general-mayor Gal Yusif kimi açıqlanıb və ölümləri barədə ailələrinə məlumat verilib.

Amerika beyin mərkəzi: Çin Ənsarullahla sakitcə əməkdaşlıq edir

Amerikanın Stimson Mərkəzi Çinin Yəməndəki Ənsarullah hərəkatına münasibətini araşdırıb. Məlumata görə, Pekin Yəmən hücumlarının hədəfinə çevrilməkdən yayınaraq, ticarət maraqlarını qorumaq üçün dolayı yolla Ənsarullahla əməkdaşlıq edir.

Çinin Yəməndəki Ənsarullah hərəkatına yanaşması və Qırmızı dənizdəki dəniz təhlükəsizliyi siyasəti ABŞ-da yerləşən Stimson Mərkəzi tərəfindən təhlil edilib.

Ayətullah Məkarim Şirazi: Ərbəin böyük sevgi, fədakarlıq və insanlıq zirvəsidir

Ərbəin sevgi, fədakarlıq və dünyada misilsiz insanlıq rəmzidir.

Ayətullah Makarim Şirazi: “Ərbəin sadəcə bir yürüş deyil, dünyada misilsiz sevgi, fədakarlıq və insanlığın zirvəsidir. İmam Hüseyn (ə) öz cazibəsi ilə dünyada tayı-bərabəri olmayan səhnələr yaradır.

Qəzzada ölənlərin sayı 61 897 nəfərə çatıb

İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına etdiyi hücumlarda həlak olan şəhidlərin sayı son 24 saatda 70 nəfər artaraq 61 min 897 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, soyqırımçı İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bu gün Qəzza zolağında 70 şəhid və 385 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Putin-Tramp sammiti çoxqütblüyə doğru bir addımdır

Rus filosof, politoloq və sosioloq Duqin vurğuladı ki, o, Putinlə Trampın Alyaskadakı görüşünü çoxqütblüliyə doğru addım kimi görür.

Rusiyalı filosof, politoloq və sosioloq Aleksandr Duqin bildirib ki, Vladimir Putinlə Donald Trampın Alyaskadakı görüşü böyük qələbə və çoxqütblülük yolunda atılan addımdır.

“Çoxqütblü dünyanın səriştəli bazası: mədəniyyət, dəyərlər, texnologiyalar” adlı sessiyada çıxış edən Duqin aşağıdakı fikirləri söyləyib:

Nəcəf şəhərinə gedən zəvvarların sayı açıqlandı

Ərbəin zəvvarları Kərbəla şəhəri ilə yanaşı Nəcəf şəhərindəki müqəddəs məkanları da, o cümlədən də İmam Əlinin (ə) mübarək məzarının yerləşdiyi hərəmi də ziyarət ediblər.

Bu barədə Nəcəf valisi Yusuf Qənavi məlumat verib.

O deyib ki, Ərbəin yürüşü çərçivəsində Nəcəf şəhərinə 17 milyon ziyarətçi gəlib.