İlahiyyatçı Seyfəddin Şirvanov Ərbəin (İmam Hüseynin 40-ı mərasimi) günü Xəzər rayonunda ehsan paylayan bir qrup qadının saxlanılmasına etirazını bildirib. O, məlum hadisəni təxribat xarakterli addım adlandırıb və məlum olayı o, hakimiyyətin inanclı kişilərin ardınca inanclı xanımları da hədəfə alması kimi dəyərləndirib.
“Ölkədə din məngənə altındadır və sıxışdırlmaqdadır. Bütün güclərin çarpışdığı savaş meydanında tək hədəf şiəlikdir. Şiə ruhaniləri həbs olunur, şiə təşkilatları qapadılır, şiə inanclıları şərlənir, şiə media orqanları sıradan çıxarılır, əqidəli şiə din xadimləri tutduğu postlardan kənarlaşdırılır.
Bəllidir ki, şiə uşaqların məscidə buraxılmasının əngəllənməsi ardınca növbəti halqa, inanclı xanımların da hədəfə alınma planı işə düşəcəkdi. Ara-sıra mətbuatda inanclı xanımlara qarşı məlum qadağalar belə bir addımın atılacağını ehtimallayırdı.
Seyfəddin Şirvanov inanclı xanımların həbsini pisləyərək buna etirazını bildirib