17 saylı təcridxanadan etiraz səsi

Ərbəin günü ehsan paylayan inanclı xanımların saxlanılmasına etiraz olaraq, 17 saylı təcridxanada məhbus Rövşən Əliyev bəyanatla çıxış edib.

O bildirib ki, ehsan paylamaq heç bir qanun pozuntusu deyil və inanclı xanımlara qarşı atılan bu addım qəbuledilməzdir. Rövşən Əliyev vurğulayıb:

“Hər bir xanım ana, bacıdır. Onların bir dəqiqə belə ehsan payladıqlarına görə saxlanılması yolverilməzdir.”

Məhbus açıq şəkildə etirazını bildirərək, inanclı bacılara qarşı bu cür münasibəti pisləyib.