Pakistanın Bhat Şah şəhərindəki Qədir Xum simvolu təkfirçi Sipahi Sahaba qruplaşması tərəfindən hücuma məruz qalıb və simvolun müəyyən hissəsi dağıdılıb.
İmam Əlinin (ə) Qədir-Xum günündə vəli-rəhbər seçilməsini simvolizə edən bu abidə Allah Rəsulunun (s) İmam Əlinin (ə) əlini qaldıraraq onu imam elan etməsini özündə əks etdirir. Görünür təkfirçi dağıdıcı qruplaşmaların belə bir həqiqəti qəbul etmək, onunla barışmağa gücləri yetmir deyə abidəni dağıtmağa cəhd ediblər.
Məhəmməd Əmir Faruqinin başçılıq etdiyi "Sipahi Sahaba" terror təşkilatına bağlı qrup Pakistanın Bhat Şah şəhərində Qədir Günü abidəsinə hücum edib və abidənin bir hissəsi dağıdılıb.
Faruqi əvvəlki çıxışında simvolun yaradılmasını təhqir kimi qiymətləndirmiş və onu məhv etməklə hədələmişdi.
Bu hərəkət şiə icmasının kəskin reaksiyasına səbəb olub. Dini fəallar təhlükəsizlik və məhkəmə qurumları tərəfindən Faruqi və onun yoldaşlarının dərhal həbs edilməsini tələb ediblər. Bildirilib ki, hökumət baş verə biləcək etirazlara və nəticələrə görə hakimiyyət məsuliyyət daşıyacaq.
Qədir-Xum simvolu Pakistanda təkfirçi qruplaşma tərəfindən vandallığa məruz qalıb