19 November 2023

İsrail Qəzzada 61 əsgərini itirib

İsrail Müdafiə Qüvvələrinin təkcə Qəzza zolağında quru əməliyyatı zamanı itkiləri 61 nəfərə çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu ordunun mətbuat xidmətinin saytında dərc olunan məlumatlar sübut edir.

Məlumata görə, noyabrın 18-də Fələstinin HƏMAS radikal hərəkatının tərəfdarları ilə döyüşlər zamanı daha üç əsgər həlak olub.

Oktyabrın 7-dən bəri ordunun ümumi itkiləri 383 nəfərdir.

Fransa tarixinin ən böyük qələbəsini qazanıb

Noyabrın 18-də futbol üzrə Fransa yığması “Avro-2024”ün növbəti oyunları çərçivəsində öz meydanında Cəbəllütariq komandasını qəbul edib.

"Unikal" xəbər verir ki, bu matçda Fransa futbolçuları rəqibin qapısında 14 top keçiriblər – 14:0. Mbappenin hettrik etdiyi oyunda Jiru və Koman dublla yadda qalıblar.

Beləliklə, bu, Fransanın tarixində ən böyükhesablı qələbəsi olub.

“Fəttah 2” hipersəs raketi və “Şahid 147” PUA-sı debüt etdi

İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei İnqilab Keşikçiləri Ordusunun təşkil etdiyi Aviasiya və Kosmos Sənayesi Sərgisini ziyarət edib.

Tehranın Aşura Aeronavtika və Astronavtika və Texnologiyalar Universitetində keçirilən yarmarkada İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin pilotsuz uçuş aparatları, raketlər və hava hücumundan müdafiə sahəsində məhsulları nümayiş olunub.

İsrailə silahlar İncirlikdən aparılıb

ABŞ Türkiyədəki İncirlik bazasından İsrailə silah daşıyıb. Bu məlumat Böyük Britaniyada yerləşən Declassified UK xəbər saytında yer alıb. Xəbərdə ABŞ-ın İsrailə silah, döyüş maşınları, hərbi texnika və sursat daşımasının təfərrüatları var. Saytın xəbərinə görə, İngiltərənin Cənubi Kiprdəki Aqratur bazası ABŞ-ın İsrailə silah çatdırması üçün beynəlxalq mərkəzə çevrilib. ABŞ və Böyük Britaniya təyyarələri Almaniya, Türkiyə və İspaniyadakı bazalarından Aqratura, oradan da İsrailə nəqliyyat uçuşları həyata keçirir.

"Avropa və Amerika xalqları öz vəzifəsini aydınlaşdırmalı və irqi ayrı-seçkiliyin tərəfdarı olmadıqlarını göstərməlidirlər".

 Ayətullah Xamenei:  "Indi bütün dünya qabaqcıl hərbi qurğulara və texnikaya malik bir rejimin bu imkanlardan heç birinə sahib olmayan rəqibinə qalib gələ bilmədiyi həqiqətini aydın şəkildə görür."

İraqın şimalındakı ABŞ hərbi bazasına hücum olub

 

Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın Telegram-kanalında dərc olunan mesajda deyilir.

Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.

Oktyabrın 7-də HƏMAS deyil, İsrail helikopteri festival ərazisinə atəş açıb

Haaretz qəzeti polis mənbəsinə əsaslanaraq xəbərlərində 7 oktyabr hücumları ilə bağlı açıqlamalar verib. Xəbərdə oktyabrın 7-də İsrail helikopterlərinin festival ərazisində insanlara atəş açdığı bildirilib.

İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərinin HƏMAS üzvlərinin sorğu-sual qeydləri və polisin hadisə ilə bağlı araşdırmasına əsaslanan qiymətləndirməsində, Qəzza zolağı yaxınlığında keçirilən musiqi festivalı ilə bağlı HƏMAS-ın əvvəlcədən məlumatının olmadığı bildirilib.

Azərbaycan və İran regional vəziyyəti müzakirə edib

Noyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə edib.