14 November 2023

Bakıda İsrail səfirliyi aksiya keçirib; 240 girov müqabilində 4500-çox öldürülən fələstinli körpələr

Noyabrın 14-də Bakıda HƏMAS saxladığı İsrail vətəndaşlarının azadlığa buraxılması çağırışı ilə aksiya təşkil edilib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat verib.

Aksiyada bir sıra ölkələrin Bakıdakı səfirlikləri, həmçinin Azərbaycan parlamentinin üzvləri iştirak edib. Orada girovluqda olan israilli uşaqların fotoları nümayiş etdirilib və uşaq ayaqqabıları düzülüb. İşrirakçılar havaya qırmızı rəngli şarlar buraxmaqla onlara dəstəklərini ifadə ediblər.

Qardaşı Qubad İbadoğlunun belində ağrıların şiddətləndiyini bildirir

Noyabrın 14-də Nərimanov rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə iqtisadçı alim Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayəti təmin etməyib.

“Kostyumlu övliya” kitabı işıq üzü gördü

İlahiyyatçı Hacı Şahin Həsənliyə ithaf olunan “Kostyumlu övliya” kitabı işıq üzü görüb. Yazıçı, psixoloq İlqar Kamil mərhum ilahiyyatçı haqqda yazığı kitaba bu gün Bakı Beynəlxalq Kitab sərgisində təqdimat mərasimi keçirilib.

Yazıçı ona aid sosial media üzərindən yayımlanan səhifəsində kitab haqqında aşağıdakı cümlələri qeyd edib:

Jozep Borrel Azərbaycana mesaj verdi

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ermənistanda sərhəd monitorinq missiyasının uzadılması təklifini təsdiqləyiblər. Onlar həmçinin Ermənistanla viza liberallaşdırılması üzrə danışıqları aktiv fazaya keçirmək qərarına gəliblər. Bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel (Josep Borrell) noyabrın 13-də Brüsseldə məlumat verib.

Xarici İşlər Şurasının iclasının gündəliyinə Ermənistan-Azərbaycan münasibətləri də daxil idi.

Daha iki inanclıya hökm oxunub

Saxlanılan zaman barələrində “İran cəsusu” ittihamı irəli sürülən və sonradan haqlarında narkotik maddələri ilə bağlı cinayət işi açılan daha iki inanclıya hökm oxunub. Noyabrın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi inanclılar Neftçala sakinləri İlham Qəribəliyev və Xanəli Rüstəmov barəsində qərar qəbul edib. Belə ki, məhkəmənin hökmü ilə İlham Qəribəliyev 5 il 6 ay, Xanəli Rüstəmov isə 5 il müddətinə azadlıqdan mərhum ediliblər.

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq

İran və Azərbaycan arasında “Qız Qalası” su bəndinin açılışı olacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Şərqi Azərbaycan əyalətinin Regional Su İdarəsinin rəisi Yusif Qafarzadə deyib: 

“İran-Azərbaycan sərhəd məntəqəsində yerləşən “Qız Qalası” bəndi 2 ay ərzində tamamlanıb istifadəyə veriləcək. Gələn ay İran və Azərbaycan arasında ən böyük olan bu su bəndinin açılışına hazırlıq məqsədilə qeyri-rəsmi istismara başlanacaq”, - deyə, o, əlavə edib. 

İranın Azərbaycandakı səfiri Şahin Mustafayev ilə görüşüb

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran və Azərbaycan prezidentlərinin Daşkənd görüşündən sonra İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi iki ölkə prezidentlərinin əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə birgə enerji və nəqliyyat layihələrində əldə etdikləri razılaşmalara əməl etmək məqsədilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.