08 November 2023

Şeydayevin komandası qələbə qazandı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  “Buriram Yunayted” Asiya Çempionlar Liqasının Şərq zonasının qrup mərhələsinin növbəti oyununa çıxıb.

Unikal xəbər verir ki, komanda səfərdə Avstraliyanın “Melburn Siti” klubu ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Şeydayev meydana 61-ci dəqiqədə daxil olub. Yeganə qolu 86-cı dəqiqədə penaltidən Qoran Çauşiç vurub.

Avropa İttifaqı yeni ölkələrə qapısını açır, Türkiyə isə hələ də kənarda qalıb

Avropa İttifaqında 2030-cu ilədək ittifaqa qoşula biləcək yeni üzvlərdən bəhs edəndə, Türkiyədən söz düşmür.

Avropa İttifaqı çərşənbə günü namizəd ölkələrin Aİ normalarına doğru irəliləyişinə dair illik hesabatlarını dərc edərkən bütün gözlər Ukrayna və Moldovanın üzərində olacaq.

1999-cu ildən bəri rəsmi olaraq üzvlüyə namizəd Türkiyə demək olar ki, müzakirə edilməyəck. Amma bu hər zaman belə deyildi.

Keçmiş hicab məhbusuna hökm oxunub

Bu günlər yekunlaşan məhkəmə qərarları növbəti günahsız inanclıya hökm oxudu. Bu ilin Apelin ayında saxlanılmış keçmiş hicab məhbusu Arif Fətəliyev saxta narkotik ittihamı ilə şübhəli bilinirdi. Günlərdir  Bakı Ağır Cinayətlər Məhkəməsində inanclının baş tutan məhkəmə prosesi ötən gün onu müqəssir bilib. İnanclı Arif Fətəliyev məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Əfqanıstanın şiə Xəzara məhəlləsində partlayış olub

 Əfqanıstanın paytaxtı Kabilin şiə Xəzara məhəlləsində partlayış olub.

Kabil Polis Departamentinin sözçüsü Xalid Zədran, partlayışın şəhərin qərbində şiə Xəzara məhəlləsi olan Dəşti Bərçidə, mikroavtobusda baş verdiyini açıqlayıb.

Hadisə ilə bağlı istintaq başladıldığını bildirən Zədran, ilkin təsbitlərə görə 7 nəfərin öldüyünü, 20 nəfərin də yaralandığını bildirib.

Türkiyə İsraillə ortaq enerji layihələrini bağlayır

Türkiyə İsraillə ortaq enerji layihələrini bağlayır.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib.

“Belə bir şəraitdə İsraillə layihələr həyata keçirməkdən danışmaq yersiz olardı. Müzakirə edilə biləcək yeganə məsələ Qəzzaya elektrik və su təchizatıdır”, - nazir A-para TV-də deyib.

Noyabr ayında Bayraktarın İsrailə səfər etməyi planlaşdırırdı.

HƏMAS rəhbəri Ərdoğanla görüşmək üçün Türkiyəyə getdi

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyə Rəcəb Təyyib Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Fələstin rəsmiləri HƏMAS liderlərinin çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə getdiyini bildiriblər.

Məlumatlı mənbələrin sözlərinə görə, görüş İsmayıl Haniyənin İrana son səfəri ilə bağlıdır və o, Qəzzada müharibənin siyasi və təhlükəsizlik nəticələrini müzakirə edib. 

Qarabağ Dirçəliş Fondu 1,2 milyon manata kitab nəşr etdirir

Qarabağ Dirçəliş Fondu bir kitabın nəşrinə 1,2 milyon manata yaxın vəsait ayırır.

Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 7-də Dövlət Satınalmalar Agentliyinin saytında məlumat dərc olunub.

Məlumata əsasən, “Qarabağın Dirçəlişi: Faciədən Zəfərə” adlı kitabın ərsəyə gəlməsi üçün “Media Prima Advertising Agency” adlı təşkilatla müqavilə bağlanıb. Sifarişin dəyəri 1 178 672 manatdır.

Yəhudi fəallar Qəzzada atəşkəs tələbi ilə Nyu-Yorkda Azadlıq heykəli önündə aksiya keçiriblər

Bazar ertəsi yüzlərlə amerikalı yəhudi fəal Nyu-Yorkda Azadlıq heykəlini dinc yolla bağlayaraq akisya keçirib. Aksiyanın tələbi İsraildən atəşkəs və Qəzzada dinc əhaliyə qarşı "soyqırım bombardmanı"na son qoyulması olub.

Üzərində “Yəhudilər dərhal atəşkəs tələb edir” şüarları yazılmış qara köynək geyinmiş etirazçılar “Bütün dünya bunu izləyir” və “Fələstinlilər azad olmalıdır” yazılan plakatlar açıblar.

İsrail-Hizbullah toqquşmalarının gücləndiyi bir vaxt ABŞ-ın yüksək vəzifəli elçisi Beyruta səfər edib

ABŞ-ın yüksək səviyyəli nümayəndəsi Amos Hoçstein ölkənin cənub sərhədində İsrail və Hizbullah arasında döyüşlərin şiddətləndiyi bir vaxt Livanın müvəqqəti baş naziri və parlament sədri ilə gərginliyi azaltmaq üçün çərşənbə axşamı Beyruta gözlənilməz səfər edib.

Hoçstein görüşdə deyib: “Birləşmiş Ştatlar Qəzzada münaqişənin Livana doğru genişlənməsini görmək istəmir. O, jurnalistlərin suallarını almayıb.

Zəfərin ülvi göz yaşları

Bu il Zəfər bayramı şəhid ruhların pərvaz vurduğu, uğrunda əbədiyyətə yüksəldiyi Şuşa torpağında qeyd olunur. Sevincin həyəcana, həyəcanın ümidə, ümidin isə həyata çevrilən bu tarixi xalqın eyni hədəf ətrafında apardığı müqəddəs mübarizəsinin ölümsüz səlnaməsi olaraq təkcə bizləri deyil, ruhu üzərimizdə pərvaz edənlər də qürurla anımına şahidlik edir.