06 November 2023

Növbəti ölkə - CAR da diplomatlarını İsraildən geri çağırır

Cənubi Afrika Respublikası (CAR) bütün diplomatlarını məsləhətləşmə üçün İsraildən geri çağıracağını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə CAR Prezident Administrasiyasının başçısı Xumdudzo Ntsaveni bildirib.

Məlumata görə, rəsmi Yohannesburq Qəzza zolağında baş verənlərdən narahat olduğuna işarə edir.

"Ağlınızı başınıza yığın!' - 300 iqtisadçıdan Netanyahuya çağırış

İsrailin Qəzzaya oktyabrın 7-dən bəri davam edən hücumları ölkə iqtisadiyyatında durğunluq və yerli valyutanın dəyər itirməsinə səbəb olub. Münaqişələrin davam edəcəyi təqdirdə iqtisadiyyatda ciddi böhrana səbəb olacağı bildirilir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, İngiltərədə çıxan “Financial Times” qəzetində yer alan xəbərə görə, 300 iqtisadçı “Vəziyyətin ciddiliyinin fərqində deyilsiniz” deyərək Netanyahunu “Ağılınızı başınıza yığın” çağırışı edib.

Türkiyədə etirazçılar ABŞ-ın hərbi bazasına soxulmağa cəhd edib

Türkiyədə polis ABŞ Hərbi Hava Qüvvələrinin də yerləşdiyi İncirlik hava bazasına girməyə cəhd edən Fələstin tərəfdarı etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, baza yaxınlığında keçirilən etiraz aksiyasını İnsan Hüquq və Azadlıqları Müdafiə Humanitar Fondu (İHH) təşkil edib. Etirazçılar İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı çıxıblar.

Müstəntiq, prokuror və hakimlərə görə Azərbaycan milyonlarla təzminat ödəyir

Hansısa cinayətdə ittiham edilərək həbs həyatı yaşamış, sonradan bəraət almış şəxslərin bir çoxu azadlığa çıxandan sonra təzminat tələbiylə məhkəməyə üz tutur. Onlar təqsirsiz olduqları halda, həbsdə saxlandıqlarına görə dövlətdən kompensasiya istəyirlər.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanun da bəraət alan şəxslərə təzminat almaq hüququ verir.

ABŞ Dövlət katibi Antoni Blinken İordan çayının qərb sahilinə elan olunmamış səfər edib

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü İordan çayının qərb sahilinə elan olunmamış səfəri zamanı Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşərək, İsrailin HƏMAS-a qarşı müharibəsi davam etdiyi bir vaxtda ABŞ-ın Qəzzada həyat qurtaran humanitar yardım və əsas xidmətləri bərpa etmək öhdəliyini təsdiqləyib.

İordaniya Qəzzaya paraşütlə tibbi yardım göndərib

İordaniya Hərbi Hava Qüvvələri Qəzzaya fələstinlilər üçün tibbi yardım göndərib.

APA xəbər verir ki, bu barədə İordaniya Kralı II Abdullah İbn Əl-Hüseyn “X” platformasında yazıb.

“İordaniya Hərbi Hava Qüvvələri Qəzza bölgəsindəki fələstinlilər üçün tibbi yardımın bir hissəsini paraşütlə göndərib”, - İordaniya Kralı bildirilib.

Qəzzada BMT-nin 88 əməkdaşı həlak oldu

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında müharibənin başlamasından bəri Qəzza zolağında BMT-nin 88 əməkdaşı həlak olub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlayıb. 

Bu, BMT-nin indiyədək bir münaqişədə qeydə alınmış ən böyük itkisidir.

Entoni Blinken Ankaradadır

ABŞ dövlət katibi Entoni Blinken və onu müşayiət edən heyətini Ankaraya gətirən təyyarə dünən gecə saat 23.58-də Esenboğa hava limanına eniş edib.

Blinkeni Esenboğa hava limanında ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake, Xarici İşlər Nazirliyinin Amerika üzrə ikitərəfli siyasi məsələlər üzrə baş direktoru səfir Yaprak Balkan, Ankara valisinin müavini Namık Kamal Nazlı və bir çox rəsmi şəxslər qarşılayıblar.

QMİ Gürcüstana yeni nümayəndələr təyin edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Gürcüstana yeni nümayəndələr təyin edib.

Aktual.ge xəbər portalının əldə etdiyi məlumata görə, Rustavi şəhər sakini, ilahiyyatçı Məhəmməd Şəmilov və Dmanisi sakini, ilahiyyatçı Sabir Musayev bu vəzifəyə təyin olub.

Belə ki, Məhəmməd Şəmilov İdarənin şiə qolunu, Sabir Musayev isə sünni qolu üzrə nümayəndəsidir.

Yeni düzən

Dünya yeni dəyişikliyin son anlarını yaşayır. Bəşəriyyət təkcə siyasi, iqtisadi deyil, eyni halda ideoloji dəyişiklərə imza atmaqla yeni əsrin yeni, daha mütərəqqi dövrünü başlayır.

Ayətullah Xamenei Haniyəni qəbul edib

 Ayətullah Xamenei Tehrana gələn Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni və onu müşayiət edən heyəti qəbul edib.

Həmas Siyasi Bürosunun sədri görüşdə deyib ki, Qəzzada baş verən son hadisələr, sionist rejimin törətdiyi qətllər və İordan çayının qərb sahilindəki hadisələr haqqında məlumat verib. Ayətullah Xamenei bir daha Qəzzə xalqının səbir və qətiyyətini yüksək qiymətləndirdiyini bildirib və sionist rejimin ABŞ və bəzi Qərb ölkələrinin dəstəyi ilə törətdiyi qətliamları qətiyyətlə pisləyib.

ABŞ-ın İraq və Suriyadakı bazalarına PUA hücumu edilib

Bu səhərdən bəri ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına çoxlu sayda İHA hücumları olub.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl Mayadin xəbərlərinin məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, İraqdakı İslami müqavimət qüvvələri Ərbil hava limanında PUA ilə Amerika əsgərlərini hədəfə alıb.