BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının Nyu-York ofisinin direktoru BMT-nin Qəzza zolağında mülki fələstinlilərə qarşı soyqırımının qarşısını almaq vəzifəsini yerinə yetirməməsinə etiraz olaraq tutduğu vəzifədən istefa verib
Kreyq Mokhaiber BMT-nin Cenevrədəki Ali Komissarı Volker Türkə müvafiq məktub göndərib.
"Biz bir daha soyqırımın gözümüzün önündə cərəyan etdiyini görürük və xidmət etdiyimiz təşkilat bunu dayandırmaqda aciz görünür”,- deyə o yazıb. Mokhaiber xatırladıb ki, BMT Ruandada tutsilərə, Bosniyada müsəlmanlara, İraq Kürdüstanında yezidilərə və Myanmada Rohincalara qarşı əvvəlki soyqırımların da qarşısını ala bilməyib.