25 March 2023

Beynəlxalq Valyuta Fondu Livanın İqtisadi Vəziyyəti ilə bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu Beyrut hökumətinin üzərinə yerinə yetirmək üçün götürdüyü öhdəliyindən 1 il keçdiyini bildirib. Laki o, bu ölkənin öhtəliklərin yerinə yetirməmə səbəbindən Livanın çox təhlükəli vəziyyətdə olduğunu açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin rəhbəri Ernesto Riqo bu sözləri Beyrutda keçirdiyi mətbuat konfransında deyib. Riqo bildirib ki, Livan hakimiyyəti Beynəlxalq Valyuta Fondunun 3 milyard dollarlıq yardım paketinin şərtlərini dərhal yerinə yetirməlidir.

Xərrazi Seyid Həsən Nəsrullahla görüşüb

İran Xarici Əlaqələr Strateji Şurasının sədri və Livan Hizbullahının baş katibi regiondakı son siyasi hadisələri müzakirə ediblər.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının prezidenti Kamal Xərrazi və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah regionda baş verən son siyasi prosesləri müzakirə ediblər.

Səna gəmini çatdırmaq üçün Birləşmiş Millətlər Təşkilatına 72 saat vaxt verib

Operativtv.com İRNA -ya istinadən xəbər verir ki, Yəmənin xarici işlər nazirinin müavini BMT nümayəndəsinə məlumat verib ki, Səna bu ölkə xalqının ehtiyacı olan malları daşıyan gəmini buraxmaq üçün 72 saat vaxt verib.

 Hüseyn Əl-Əzi Tvitter səhifəsində yazıb: “Biz Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə Cibutidə ələ keçirilən “Lamar” konteyner gəmisini buraxmaq və bu cür hadisələrin bir daha baş verməməsi üçün 72 saat vaxt vermişik.

Böyük Dəbilqədə 2-ci gün: Azərbaycan cüdoçuları medalsız qalıblar

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqənin ikinci günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçuları medalsız qalıblar.

Operativtv.com Reporta istinadən məlumatına görə, 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev yarışla vidalaşıb.

Məmmədəliyev təsnifatda gürcüstanlı Mixeili Baxbaxaşvilini, 1/16 finalda sloveniyalı Natse Herkoviçi üstələsə də, növbəti raundda ispaniyalı Salvador Kases Rokaya uduzub.

Səudiyyədə əcnəbilərə vətəndaşlıq verilməyə başlayacaq

Səudiyyə Ərəbistanı rəhbərliyi seçilmiş əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı qərar qəbul edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, qanun baş nazir və vəliəhd şahzadə olan Məhəmməd bin Salmana daxili işlər nazirinin təklifi ilə seçilmiş əcnəbilərə vətəndaşlıq təqdim etməyə imkan verir.

Səudiyyə Ərəbistanının vətəndaşlığına dair qanunun 8-ci maddəsinə düzəlişlərin təsdiqi ilə bağlı kral fərmanı 13 martda qüvvəyə minib.

AŞ komissarı: "Fransada kütləvi aksiyalarda zorakılıq halları olub”

"Martın 23-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı insident, o cümlədən asayiş qüvvələrinə qarşı zorakılıqdan istifadə ilə bağlı insidentlər olub”.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu, Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzə komissarı Dunya Miyatoviç Fransa hakimiyyətini kütləvi nümayişlərin azadlığını təmin etmək çağırışında yer alıb.

AVRO-2024: Avstriya millisi Azərbaycanla oyunda üçüncü qolu vurub

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar. 

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir. 

Co Bayden: Mən Suriyadakı hücuma dərhal cavab verməyi əmr etmişəm, bununla belə biz İranla münaqişənin arxasınca getmirik

ABŞ prezidenti bildirib ki, dünən ölkəsinin Suriyanın şimalındakı qeyri-qanuni bazalarına edilən hücuma cavab olaraq, bu hücuma dərhal cavab verilməsi barədə göstəriş verib.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İranı dünən ölkəsinin Suriyanın şimalındakı qeyri-qanuni bazalarına edilən hücumun bir hissəsi olmaqda günahlandırıb və bu hücumlara dərhal cavab verilməsini əmr etdiyini bildirib.

Məscidül-Əqsada Ramazan ayının ilk cümə namazında yüz mindən çox fələstinli iştirak edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsi yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazı üçün Məscidül-Əqsada möhtəşəm şəkildə iştirak etdiyini açıqlayıb.

Qüds İslami Vəqflər İdarəsi bütün sərt tədbirlərə baxmayaraq, Fələstində müqəddəs Ramazan ayının ilk cümə namazına 100 min müsəlmanın qatıldığını açıqlayıb. Sionist rejimin bütün qadağalarına baxmayaraq, Əl-Əqsa məscidi müqəddəs Ramazan ayının ilk cümə namazını qılmaq üçün Qüdsə gələn müsəlmanlarla doldu.

Ermənistan tərəfi Azərbaycan mövqelərini atəşə tutub

Martın 24-ü axşam saatlarında Azərbaycan orsusunun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini  atəşə tutub.

ABŞ-ın Baş qərargah rəisi israilli həmkarı ilə İranın təhdidləri barədə müzakirə aparıb

ABŞ-ın Baş qərargah rəisi israilli həmkarı ilə İranın bölgədə təsirini müzakirə edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri general Mark Milley ilə İsrail Ordusunun baş qərargah rəisi Herzi Halevinin videokonfrans formatında görüşü zamanı bildirilib.

“Tərtər işi” üzrə bəraət almış şəxslər təzminatla bağlı iddia qaldırıblar

“Tərtər işi” üzrə 5 il həbsdə qaldıqdan sonra bəraət almış şəxlərdən bir neçəsi maddi və mənəvi ziyana görə təzminat tələb edirlər.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, keçmiş hərbçilər dəymiş ziyana görə ayrı-ayrılıqda iddia qaldırıblar.

Bəraət almış şəxlərdən biri-leytenant Nasif Əliyevin iddiası artıq Nəsimi Rayon Məhkəməsində ictaata qəbul olunub. İddiaya martın 30-da hakim Səməd Cəfərovun sədrliyi ilə baxılacaq.