AVRO-2024: Avstriya millisi Azərbaycanla oyunda üçüncü qolu vurub

Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, meydan sahibləri üçüncü dəfə fərqlənməyə müvəffəq olublar. 

50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. 

Avstriya seçməsi hazırda 3:0 hesabı ilə öndədir.