Xan Yunusda İsrail qüvvələri pusquya düşüb, ölən və yaralananlar var

İsrail mediasının məlumatına görə, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində baş verən qarşıdurmada bir İsrail əsgəri məhv edilib, 9 əsgər isə yaralanıb.

Qətərin Əl-Cəzirə televiziyası yaralananlar arasında kəşfiyyat bölməsinin zabitinin olduğunu bildirib. Yaralıların hamısı müalicə olunmaq üçün işğal altındakı Fələstindəki xəstəxanalara aparılıb.

Təhlükəsizlik hadisəsinin təfərrüatları hələlik açıqlanmayıb.

İsrailin Qəzza zolağının işğalına qarşı ABŞ-ın dəstəklədiyi İsrail işğalçı qüvvələrinə qarşı hücumlar təşkil edən fələstinli qruplar son günlər əməliyyatlarını intensivləşdirib.