Hesablama Palatası 2025-ci ilin ilk yarısında apardığı audit yoxlamaları zamanı dövlət vəsaitlərinin istifadəsində ümumilikdə 65 milyon manatlıq pozuntu faktı aşkarlayıb.
Bu məbləğin 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə vurulmuş zərər kimi qiymətləndirilib.
Audit nəticələrinə əsasən, büdcə vəsaitləri funksional təyinatından kənar istifadə olunub.
Artıq xərclər əsasən nəqliyyat xidmətləri, hədiyyələrin alınması və beynəlxalq tədbirlərlə bağlı olub. Satınalma prosesində də ciddi pozuntular qeydə alınıb. Planlaşdırma sənədləri yerləşdirilməyib, müqavilələrin icrasında gecikmələr baş verib.
Bundan əlavə, tikintisi tamamlanan obyektlərin istismara verilməsində gecikmələr qeydə alınıb ki, bu da mühasibat uçotunda uyğunsuzluqlara səbəb olub.
Palata maliyyə hesabatlarında 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edib. Bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi dəyərləndirilib.
Yoxlamaların nəticələri ilə bağlı Hesablama Palatası aidiyyəti qurumlara, o cümlədən Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər daxil olmaqla, ümumilikdə 32 təklif göndərib.
Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsində ümumilikdə 65 milyon manatlıq pozuntu faktı aşkarlayıb