HƏMAS: Qəzza blokada altındaykən İsraillə danışıqlar mənasızdır

HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Xəlil əl-Həyya bəyan edib ki, İsraillə atəşkəs barədə danışıqları blokada şəraitində davam etdirməyin mənası yoxdur.

Bu barədə o, HƏMAS-ın Telegram kanalında məlumat yayılıb.

Əl-Həyya bildirib ki, danışıqların davam etdirilməsi üçün əvvəlcə nəzarət-buraxılış məntəqələri açılmalı, Qəzzaya humanitar yardımın çatdırılması təmin olunmalıdır:

“Uşaqlarımızın, qadınlarımızın və xalqımızın aclıq və soyqırımı ilə üz-üzə qaldığı blokada şəraitində danışıqları davam etdirməyin heç bir mənası yoxdur. Xalqımıza dərhal ərzaq və dərman təminatı danışıqların məqsədəuyğunluğunun yeganə ciddi və real göstəricisidir”, – deyə HƏMAS nümayəndəsi vurğulayıb.