Əl Məyadinin məlumatına görə, Braziliyanın xarici işlər naziri Mauro Vieira bazar ertəsi gecə ölkəsinin İsrailə qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Vieyra bildirib ki, bu qərar sionist rejimin Qəzza zolağında törətdiyi soyqırıma cavab olaraq verilib.
O, açıqlamasında bu tədbirlərdən birinin Braziliyanın İsrailə döyüş materialı ixracının dayandırılması olduğunu bildirib.
Braziliyanın xarici işlər naziri həmçinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırdığı soyqırım işini rəsmi dəstəklədiklərini vurğulayıb.
Vieira həmçinin əlavə edib ki, Braziliya İordan çayının qərb sahilindəki qeyri-qanuni İsrail məskənlərindən məhsulların idxalını izləmək və yoxlamaq üçün ciddi mexanizmlər tətbiq edəcək.
Braziliya İsrailə qarşı sanksiyalar tətbiq edib