Səna gəmini çatdırmaq üçün Birləşmiş Millətlər Təşkilatına 72 saat vaxt verib

Operativtv.com İRNA -ya istinadən xəbər verir ki, Yəmənin xarici işlər nazirinin müavini BMT nümayəndəsinə məlumat verib ki, Səna bu ölkə xalqının ehtiyacı olan malları daşıyan gəmini buraxmaq üçün 72 saat vaxt verib.

 Hüseyn Əl-Əzi Tvitter səhifəsində yazıb: “Biz Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə Cibutidə ələ keçirilən “Lamar” konteyner gəmisini buraxmaq və bu cür hadisələrin bir daha baş verməməsi üçün 72 saat vaxt vermişik.

Əgər Birləşmiş Millətlər Təşkilatı Sənanın tələbinə cavab verməsə və gəmi Hudeydə limanına çatmasa, Səna bu idarənin nümayəndəsindən ölkəni tərk etməsini və növbəti xəbərdarlığa qədər Yəməndəki bütün fəaliyyəti dayandırmasını tələb etməli olacaq.

Biz istəmirik ki, Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanı adından millətimizi mühasirəyə alsın və Ər-Riyaddan əmr gözlədiyini bəyan etməklə bu hərəkətinə haqq qazandırsın.”

Yəmənin Milli Azadlıq Hökumətinin rəsmiləri dəfələrlə BMT və onun Yəməndəki nümayəndəsini bu ölkənin təcavüzkarları ilə şəriklik və əməkdaşlıqda ittiham ediblər.