Məscidül-Əqsada Ramazan ayının ilk cümə namazında yüz mindən çox fələstinli iştirak edib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Qüds İslami Vəqflər İdarəsi yüz min fələstinlinin Ramazan ayının ilk cümə namazı üçün Məscidül-Əqsada möhtəşəm şəkildə iştirak etdiyini açıqlayıb.

Qüds İslami Vəqflər İdarəsi bütün sərt tədbirlərə baxmayaraq, Fələstində müqəddəs Ramazan ayının ilk cümə namazına 100 min müsəlmanın qatıldığını açıqlayıb. Sionist rejimin bütün qadağalarına baxmayaraq, Əl-Əqsa məscidi müqəddəs Ramazan ayının ilk cümə namazını qılmaq üçün Qüdsə gələn müsəlmanlarla doldu.

Bu məscidin xətibi Şeyx İkrimə Səbri Məscidül-Əqsada cümə namazını qılıb. Cümə namazını qılan gənclər özlərini HƏMAS hərəkatının hərbi qanadının komandiri Kətaib Qassamın Məhəmməd Zeyfin adamları kimi qələmə verərək, “Qılıncdan qılınc, biz Məhəmməd Zeyfin adamlarıyıq” şüarları səsləndiriblər.