Beynəlxalq Valyuta Fondu Livanın İqtisadi Vəziyyəti ilə bağlı xəbərdarlıq edib

Beynəlxalq Valyuta Fondu Beyrut hökumətinin üzərinə yerinə yetirmək üçün götürdüyü öhdəliyindən 1 il keçdiyini bildirib. Laki o, bu ölkənin öhtəliklərin yerinə yetirməmə səbəbindən Livanın çox təhlükəli vəziyyətdə olduğunu açıqlayıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyətinin rəhbəri Ernesto Riqo bu sözləri Beyrutda keçirdiyi mətbuat konfransında deyib. Riqo bildirib ki, Livan hakimiyyəti Beynəlxalq Valyuta Fondunun 3 milyard dollarlıq yardım paketinin şərtlərini dərhal yerinə yetirməlidir.

Riqo həmçinin Livan hökumətindən mərkəzi bankdan borc götürməyi dayandırmasını istəyib. “Biz daha çox tədbirlərin həyata keçiriləcəyini və qanunlarda islahatların aparılacağını gözləyirdik”. Riqo bildirib ki, islahatların həyata keçirilməsində irəliləyiş çox ləng gedir.

Beynəlxalq Valyuta Fondunun bu rəsmisinin sözlərinə görə, Livan Mərkəzi Bankının rəsmi sistemi “Sirfa”da rəsmi olaraq 38 min lirə olaraq təyin olunan valyutanın qiyməti martın 27-də birdən-birə 80 min lirə olub. Livanın milli valyutasının devalvasiya prosesi payızın əvvəlində başlayıb. Oktyabrda 38 min lirə olan dollar martın əvvəlində 80 min lirəyə qalxıb.

Livan Mərkəzi Bankı rəsmiləri bazarı nəzarətdə saxlamaq və valyutanın qiymətini aşağı salmaq üçün siyasətə keçdiklərini bəyan etsələr də, bu ölkə xalqı son günlər dolların qiymətində bir anlıq artımın şahidi olub. Livanda hər dolların qiyməti 100 min lirəni keçdiyi halda, bu ölkənin iqtisadiyyatı çökməyə doğru gedir.

Eyni zamanda Livanda dolların bahalaşması ilə bu ölkədə zəruri və qeyri-vacib malların qiymətləri həddən artıq bahalaşıb, insanlar üçün çoxlu problemlər yaranıb. Livanda lirənin ucuzlaşmasının əsas səbəbi siyasi böhranın davam etməsi, güclü hökumətin olmaması, xarici güclərin ağır iqtisadi və siyasi təzyiqləridir.