Co Bayden: Mən Suriyadakı hücuma dərhal cavab verməyi əmr etmişəm, bununla belə biz İranla münaqişənin arxasınca getmirik

ABŞ prezidenti bildirib ki, dünən ölkəsinin Suriyanın şimalındakı qeyri-qanuni bazalarına edilən hücuma cavab olaraq, bu hücuma dərhal cavab verilməsi barədə göstəriş verib.

Operativtv.com Təsnim-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İranı dünən ölkəsinin Suriyanın şimalındakı qeyri-qanuni bazalarına edilən hücumun bir hissəsi olmaqda günahlandırıb və bu hücumlara dərhal cavab verilməsini əmr etdiyini bildirib.

“Əl-Cəzirə”nin xəbərinə görə, Co Bayden hücumun “İranın Dəstəklənən Qruplar” tərəfindən həyata keçirildiyini iddia edərək, fövqəladə müdaxilə əmri verib. ABŞ prezidenti vurğulayıb ki, Birləşmiş Ştatlar İranla münaqişəyə girməyə çalışmır, lakin öz vətəndaşlarının müdafiəsi üçün ciddi hücumlar etməyə hazırdır.

Cümə günü axşam Suriyanın şərqindəki "Əl Ömər" və "Koniko" neft-qaz yataqlarında iki qeyri-qanuni Amerika bazasına raket zərbələri endirilib. Xəbər mənbələri bu iki qeyri-qanuni bazaya 20-dən çox raket atıldığını bildirir. ABŞ hərbi mənbəsi Əl-Cəzirə telekanalına bildirib ki, Suriyanın şərqindəki ABŞ bazalarından biri 8 raketlə vurulub və Vaşinqton can və mal itkisini qiymətləndirir.

Hərbi mənbə deyib: “Suriyanın şərqindəki iki bazamıza raket və dron zərbələri endirilib, nəticədə ən azı bir amerikalı yaralanıb”. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Deyr əz-Zordakı bölgələri hədəf alan Amerika təyyarələrinin şənbə günü səhər Qətərdəki Əl-Adeed bazasından havaya qalxdığını iddia edib.