Dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
B.Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb.
O, həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub.
Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi.
Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. B.Hacıyev hesab edir ki, həbsinə səbəb Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etməsidir.
Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edildi