BMT Ümumdünya Ərzaq Proqramı Qəzzanın şimalına yardımı dayandırıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı təhlükəsiz mühit təmin olunana qədər Qəzzanın şimalına ərzaq yardımı daşımalarını dayandırdığını açıqlayıb. Agentlik buna səbəb kimi BMT-nin yardım karvanının aclıqdan əziyyət çəkən insanların hücumuna məruz qalması və yardımların bir hissəsinin talan edilməsini göstərib.

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Ərzaq Proqramı (WFP), şərtlərin təhlükəsiz paylanmaya imkan verənə qədər Qəzzanın şimalına ərzaq yardımının daşınmasını dayandırdığını açıqlayıb.

Roma mərkəzli təşkilatın verdiyi açıqlamada, "Qəzza zolağının şimalına daşınmaların dayandırılması qərarı asan alınmadı. Biz də bilirik ki, bu, oradakı vəziyyətin daha da pisləşəcəyi və daha çox insanın aclıqdan ölüm risk altında olacağı anlamına gəlir” deyilib.

Ümumdünya Ərzaq Proqramı BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) aid yük maşınına hücum və “fəaliyyət göstərən humanitar yardımın olmaması səbəbindən üç həftəlik dayandırıldıqdan sonra bazar günü şimala ərzaq daşımalarını bərpa etdiyini açıqlayıb".

Açıqlamada, bir yardım konvoyunun Qəzza şəhərinə getdiyi, lakin aclıqdan ölən böyük bir qrupun bu yük maşınlarına hücum etməsi səbəbindən konvoyun irəliləməkdə çətinlik çəkdiyi və şəhərə daxil olarkən atəş açıldığı bildirilib.

Ertəsi gün WFP-nin yük maşınlarının cənubda Xan Yunis ilə Qəzzanın mərkəzindəki Deyr əl-Bələh arasında qarət edildiyi və bir sürücünün döyüldüyü bildirib.

Bəyanatda ÜƏP-nin 'Ərzaqı Qəzzadakı çarəsiz insanlara təcili şəkildə çatmaqda qərarlı olduğu', bununla belə, "Kritik ərzaq yardımından faydalananlara çatdırmaq üçün lazımi təhlükəsizlik təmin edilməlidir" deyilib.

"ÜƏP məsuliyyətli şəkildə çatdırılmanı mümkün qədər tez bərpa etməyin yollarını axtaracaq. Fəlakətin qarşısını almaq üçün Qəzzaya yardım axınının geniş miqyasda genişləndirilməsinə təcili ehtiyac var. Buna nail olmaq üçün tranzitin azaldılması üçün Qəzzaya daha çox ərzaq gəlişi də lazım olacaq. Qəzza ipdən asılı vəziyyətdədir. WFP-nin aclıqdan əziyyət çəkən minlərlə insanın aclığa aparan yolunu geri qaytarması üçün imkan yaradılmalıdır."

ÜƏP-nin bəyanatında həmçinin Qəzzada dünən baş vermiş humanitar fəlakətlə bağlı BMT-nin üç agentliyinin bəyanatları da yer alıb.

Ümumdünya Ərzaq Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Uşaq Fondu da daxil olmaqla üç BMT qurumu bazar ertəsi günü bəyanat yayaraq, “Müharibədən dörd aydan çox vaxt keçdikdən sonra Qəzzada qida və təhlükəsiz su inanılmaz dərəcədə qıtdır və xəstəliklər geniş yayılıb. Bu isə öz növbəsində  kəskin qida çatışmazlığının artmasına səbəb olub" bildirib.

BMT Agentlikləri qida böhranının xüsusilə şimalda ciddi olduğunu, iki yaşından kiçik hər altı uşaqdan birinin yanvar ayında kəskin qida çatışmazlığının olduğunu və "bu gün vəziyyətin daha da ağır olacağı ehtimalını" açıqlayıb.