BMT: Əfqanıstanda 28 milyondan çox insanın humanitar yardıma ehtiyacı var

 Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanda bu il ehtiyacı olan insanların sayının 28,3 milyon nəfərə yüksəldiyini açıqlayıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda Humanitar Yardım Koordinasiya Ofisi hesabat yayıb.

Qurum bu hesabatında ehtiyacı olan insanların sayının 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə, təqribən 350% artdığını bildirib.

Bu beynəlxalq qurum ehtiyaclıların görünməmiş artımını iqtisadi tənəzzül, iqlim dəyişikliyi, aclıq və münaqişələrin təsiri ilə əlaqələndirib.

Birləşmiş Millətlər Təşkilatının adıçəkilən ofisi yazıb ki, 2020-2022-ci illər arasında əfqanların orta borcları 30% artıb.