Bakı Apellyasiya Məhkəməsi Ayxan İsrafilovun şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi hakim Mübariz Əkbərovun sədrliyi ilə “Demokratiya 1918” Hərəkatının üzvü Ayxan İsrafilovun həbs-qətimkan tədbiri qərarının dəyişdirilməsi barədə şikayətini təmin etməyib.
Toplum TV "Amerikanın səsi"nə istinadən bildirir ki, bu barədə avqustun 23-ü “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.
Əhməd Məmmədlinin dediklərinə görə, Ayxan İsrafilov məhkəmə zamanı özünü günahkar saymadığını və ittihamın siyasi sifariş olduğunu bildirib.