Ayətullah Xamenei: Tələbələrin zəhərlənməsi ciddi araşdırılmalıdır

“Tələbələrin zəhərlənməsi məsələsi səlahiyyətlilər tərəfindən ciddi şəkildə araşdırılmalıdır”

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədə baş verən zəhərlənmə hadisələri ilə bağlı deyib.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei hər il olduğu kimi bu gün də “Ağacəkmə günü” münasibəti ilə günortadan əvvəl iki fidan əkib.

Ayətullah Xamenei ölkədə baş verən zəhərlənmə hadisələri ilə bağlı deyib:

"Tələbələrin zəhərlənməsi məsələsi səlahiyyətli orqanlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Bu, böyük və bağışlanmaz bir cinayətdir. Tələbələrin zəhərləndiyi sübut olunarsa, hadisəni törədənlər ciddi şəkildə cəzalandırılmalıdır.

Bu cinayətləri törədənlərin bağışlanması olmayacaq".

Qeyd edək ki, İranın bəzi şəhərlərində məktəblərdə zəhərlənmə halları olub.