Avropada təbii qazın qiyməti Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən aşağı səviyyəyə düşüb

Avropada təbii qazın topdan satışı Rusiyanın keçən fevral ayında Ukraynaya müdaxiləsindən sonra ən aşağı səviyyəyə çatıb. Avropa üçün orta təbii qaz qiymətlərinin əhəmiyyətli bir göstəricisi olan Hollandiyada 1 aylıq təbii qaz qiymətləri yüzdə 6,3 azalaraq saatda 71,5 avrodan alınıb. Bu göstərici ötən il fevralın 21-dən bəri təbii qaz üzrə ən aşağı göstəriciyə uyğundur. Bu günə olan məlumata görə, Avropada təbii qazın topdansatış qiyməti avqust ayı ilə müqayisədə 5 dəfə ucuzdur.

Avqust ayında Avropada təbii qazın qiymətləri meqavat/saat üçün 342 avro ilə ən yüksək həddə çatıb. Mövsümi normalardan yuxarı olan mülayim hava şəraitinin Avropaya təsir etməsi və LNG ehtiyatlarının artmasının köhnə qitənin qaz təchizatı ilə bağlı narahatlığını azaldacağı gözlənilir.  Bu arada İngiltərədə bayram səbəbiylə təbii qazda əməliyyatların ümumi həcmi azalıb. Avropanın əksər hissəsində hava şəraitinin yaxın iki həftə ərzində mövsümi normalların üzərində olacağı gözlənilir. Əlverişli hava şəraiti səbəbindən Avropanın qaz ehtiyatlarının erkən tükənməyəcəyi təxmin edilir.

Aİ Rusiya qazından asılılığını azaltsa da, dünyanın müxtəlif ölkələrindən LNG alışını tədricən artırıb və dekabrda qazın qiyməti təxminən 47 faiz ucuzlaşıb.