Operativtv.com Turan-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddell-Qreynqer (Böyük Britaniya, AK/DA) və Liz Kristofersen (Norveç, SOC) Avropa Şurası Parlament Assambleyasının 2184 saylı qətnaməsi (2017-ci il) üzrə Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsini qiymətləndirmək məqsədilə iyunun 3-dən 7-dək ölkədə tanışlıq səfərində olacaqlar. Bu barədə Avropa Şurası Parlament Assambleyasından Turan-a daxil olan məlumatda deyilir.
Bakıda həmməruzəçilərin Prezident Administrasiyasında, eləcə də xarici və daxili işlər nazirləri, Ədliyyə Nazirliyində və məhkəmə hakimiyyətilə görüşləri planlaşdırılır.
Parlamentdə spiker, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətilə görüşlər keçiriləcək.
Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələrilə də görüşəcəklər.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçilərinin səfər proqramı haqda