ABŞ üçüncü dünya ölkəsi olacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Kovid-19 epidemiyası səbəbiylə onun rəhbərliyi dövründə qüvvəyə minən və sığınacaq axtaranların geri qaytarılması üçün istifadə edilən “Maddə 42” adlı hüquqi tənzimləmənin başa çatmasından sonra ABŞ-ın “üçüncü dünya ölkəsi” olacağını iddia edib.

ABŞ-ın keçmiş prezidenti Tramp özünün TruthSocial adlı sosial media saytında 42-ci maddənin 11 may tarixində başa çatması ilə bağlı paylaşım edib. Müvafiq tənzimləmənin gələn həftə bitəcəyini bildirən Tramp, “Bu tarix biabırçı şəkildə tarixə düşəcək. Sərhədlərimiz tamamilə dağılacaq. Biz rəsmi olaraq üçüncü dünya ölkəsi olacağıq” ifadəsini işlədib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti 42-ci maddənin müddətinin başa çatması ilə əlaqədar daxili immiqrasiya orqanlarına dəstək vermək üçün ölkənin cənub sərhəddinə 1500 hərbçi yerləşdirəcəyini açıqlayıb.“42-ci maddə” rədd edildikdən sonra humanitar müdafiə istəyən qeyri-qanuni miqrantları Meksikaya deportasiya etmək üçün istifadə edilib.