ABŞ-ın təyyarədaşıyan hücum qrupu Fars körfəzinə daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan hücum qrupu 2020-ci ildən bəri ilk dəfə Hörmüz boğazından keçərək Fars körfəzi sularına daxil olub.

Toplum TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının  mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, CVN-69 təyyarədaşıyıcısının rəhbərlik etdiyi ikinci Amerika daşıyıcı qrupu “gəmilərin hərəkətinin təhlükəsizliyini təmin etmək” üçün Fars körfəzinin sularında olacaq.

Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan qrupu, Dəniz Ekspedisiya Qüvvələrinə malik amfibiya hücum gəmisi və strateji nüvə sualtı qayığı var. 

Vaşinqton bəyan edir ki, onlar münaqişəyə qarışmaq niyyətində deyillər, qüvvələrin vəzifəsi “üçüncü ölkələrin” münaqişəyə müdaxiləsinin qarşısını almaqdır.