ABŞ Azərbaycan hakimiyyətini Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa çağırır
 
Operativtv.com azadliq.info-ya istinadən xəbər verir ki, ABŞ Azərbaycanın "Siyasi Partiyalar haqqında" yeni qanunundan narahatdır.
 
Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays twitter hesabında yazıb.
 
"Biz hakimiyyəti Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa, əsas azadlıqlara, o cümlədən birləşmək azadlığına hörmət etməyə çağırırıq", Ned Prays Azərbaycanın "Siyasi Partiyalar haqqında" qanunu ilə bağlı Avropa Şurası Vensiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə münasibət bildirib.
 
ABŞ Azərbaycan hakimiyyətini Venesiya Komissiyasının və ATƏT-nin tövsiyələrini nəzərə almağa çağırır