İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslərin son söz mərhələsi başlayıb. Ruslan İzzətli və Fərid İsmayılov son sözlərini tamamlayıb, Akif Qurbanov isə çıxışına başlasa da, vaxt məhdudiyyəti səbəbindən onu yekunlaşdıra bilməyib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasın əvvəlində Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, III Respublika Platformasının spikeri Akif Qurbanov dövlət ittihamçısının çıxışına etirazını bildirib.
O, cinayət işinin siyasi sifariş əsasında hazırlandığını, istintaq və məhkəmə zamanı hüquqi prosedurların pozulduğunu deyib.
“Baş prokuror Kamran Əliyev İlham Əliyevin bir sözünü iki eləmir. Bu baxımdan, burada dövlət ittihamçısı mövqeyində çıxış edən Rauf Malışovun da çıxışında hüququn aliliyini rəhbər tutmaması təəccüb doğurmur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə hüququn aliliyinin qorunması barədə öhdəliklər götürüb, Əliyev administrasiyası onları yerinə yetirməkdən açıq yayınır”, – Qurbanov bildirib.
O deyib ki, cinayət işinin başlanmasına əsas kimi göstərilən ilkin araşdırma materialları müdafiə tərəfinə təqdim olunmayıb. Buna baxmayaraq, prokuror çıxışında həmin materiallara istinad edib.
“Bizə mütəşəkkil dəstə deyirlər. Amma mütəşəkkil dəstə kimi nə vaxt, hansı cinayəti, necə törətməyi planlaşdırdığımızla bağlı heç bir sübut ortaya qoyulmayıb”, – o əlavə edib.
Akif Qurbanov digər təqsirləndirilən şəxslərə eyni ittihamların verilməsinə də etiraz edib. Onun sözlərinə görə, həmin şəxslərin heç biri adı cinayət işində keçən qurumlarda maliyyə-təsərrüfat işləri ilə məşğul olmayıb.
“Nə sənədlərdə, nə onların öz ifadələrində, nə də şahid ifadələrində belə bir fakt var. Amma hamıya qarşı eyni ittihamlar irəli sürülüb. İbtidai istintaq iddia edirdi ki, üç nəfər mütəşəkkil dəstənin rəhbəridir. Dövlət ittihamçısı isə ümumiyyətlə müəyyənləşdirmir ki, rəhbər, icraçı və köməkçi kimdir. Bir daha qeyd edirəm ki, adı çəkilən qurumlarda həm icra, həm əməkdaşlığa cəlbetmə, həm maliyyələşmə baxımından qərarverici şəxs mən olmuşam. Həmin qurumların da fəaliyyətində heç bir cinayət əməli olmayıb. Əksinə, cinayətkarlığın ifşası üçün, xalqın pulunun talanmaması üçün, vəzifəli şəxslərin cavabdehliyi üçün fəaliyyət göstərmişik. İlham Əliyev əlini Qurana, Konstitusiyaya basıb and içir, sonra da vətəndaşların hüquqlarının pozulmasına göstəriş verir”, – Qurbanov bildirib.
Qurbanov ittiham aktında təqsirləndirilən şəxslərin “tamah məqsədilə” cinayət törətdiklərinin yazılmasını da əsassız adlandırıb.
“Yaxşı, şərti olaraq razılaşaq ki, mənim, Ələsgər Məmmədlinin, Ruslan İzzətlinin, Əli Zeynalovun, Müşfiq Cabbarovun maşını olub. Bəs Fərid İsmayılovun, Ramil Babayevin, İlkin Əmrahovun, Elmir Abbasovun hansı tamah niyyəti olub? Beş il ərzində onlar tamah nəticəsində heç nə qazanmayıblar? Elə biz qazanmışıq, onlar da dayanıb baxıblar?” – o sual edib.
Qurbanov xaricdən ölkəyə qanunsuz valyuta gətirilməsi barədə ittihamı da rədd edib. Onun sözlərinə görə, istintaq təqsirləndirilən şəxslərin 28 ay ərzində 837 min 223 manatı xaricdə nağdlaşdırdığını və ya nağd şəkildə alaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini təsdiqləyən sübut təqdim etməyib.
“Donor təşkilatlara özümüzü təqdim etdiyimizi göstərən bir ədəd belə sübut yoxdur. 28 ay ərzində ittiham tərəfi iddia etdiyi kimi 837,223 manatı xaricdə nağlaşdıraraq və ya birbaşa nağd şəkildə əldə etməyimizi və qaçaqmalçılıqla ölkəyə gətirdiyimizi göstərən nə sübut ortaya qoya bilib, nə də bu barədə məhkəmədə tədqiqat prosesi aparılıb. İttihamda yazılır ki, istintaqa məlum olmayan mənbələrdən pul əldə etmişik. Sonra isə yazılır ki, pulu ya xaricdə “bankomat”dan çıxarmışıq, ya da bizə nağd şəkildə veriblər. İndiki dövrdə hansı təşkilat kiməsə nağd pul verər?– o bildirib.
Daha sonra təqsirləndirilən şəxslərin son söz mərhələsinə başlanıb.
III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli son sözü əvəzinə oğluna yazdığı məktubu oxuyub.
“Burada oxuduğum kitablardan götürdüyüm önəmli fikirləri yazdığım qeyd kitabçam var. İlk səhifəsinə sənin şəklini vurmuşam. Hər addımımda, hər anımda sənin şəklinə baxıram. 8 iyun tarixində keçirilən məhkəmə adlı məzhəkədə mənə 16 il cəza istəniləndə də gəlib bir daha sənin şəklinə baxdım və düşündüm: sənin və sənin həmyaşıdlarının azad, xoşbəxt yaşaması üçün hər bir cəzaya hazıram, yetər ki, biz yaşadıqlarımızı sabah siz yaşamayasınız. Yəqin ki, nə zamansa məktubumu oxuyanda düşünəcəksən ki, atama və onun dostlarına cəza istəyənlər, hökm verənlər sonra övladlarının gözlərinə baxa biliblərmi?”, – o bildirib.
İzzətli məktubunda yazıb ki, onların həbsinin məqsədi ölkə daxilindəki problemlərə görə hakimiyyətə təzyiq göstərə biləcək şəxslərin təsir imkanlarını minimuma endirməkdir.
“Hakimiyyət illərdir həbsxana xofu ilə ictimai siyasi sferanı idarə edir. Amma davamlı yazılarımız, ictimai müraciətlərimiz hakimiyyətin oyununu pozurdu. Cəmiyyətə çatdırdıq ki, həbsxananın tikanlı məftilləri siyasi fəaliyyətə, ardıcıl mövqeyə mane olmur. Rejimin cəmiyyətdə qorxu yaratmaq üçün istifadə etdiyi həbsxana xofunun dağılmasının yaratdığı gərginlikdən 16 il cəzası ortaya çıxdı. Amma anlamırlar ki, respublikaçılar dönməzliyi liderimiz Rəsulzadədən öyrənib”, – o deyib.
Ardınca “Toplum TV” əməkdaşı Fərid İsmayılov son sözlə çıxış edib.
“Məhkəmədə jurnalistdən son söz deyilməsinin istənilməsi bu ölkədə söz və ifadə azadlığının hansı vəziyyətdə olduğunu göstərmək üçün kifayətdir. Hazırladığım araşdırma və reportajların istintaq sənədlərinə daxil edilməsi, “cinayətkar dəstə”də funksiyamın araşdırmaçı jurnalist kimi göstərilməsi mənim niyə həbs olunduğumun əsas sübutudur”, – o bildirib.
İsmayılov 18 aydır hüquqi əsas olmadan həbsdə saxlanıldığını deyib. Onun sözlərinə görə, Mərkəzi Bank, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olan məlumatlar ittihamları təsdiqləməyib.
“8 aydır heç bir hüquqi əsas olmadan girov saxlanılıram. Bu fakt göstərir ki, bu ölkədə heç ibtidai məhkəmə də yoxdur. Mərkəzi Bank xarici valyuta əməliyyatlarımın, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi qaçaqmalçılıq ittihamıyla bağlı barəmdə məlumat, görüntü, sənəd, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi adıma əmlak olmadığını bildirib. Kimi işə götürdüyüm də bəlli deyil, amma 28 aydır bu maddələrlə ittiham olunuram. Bəs haradadır sübut? Yatıb yuxuda görmüsünüz ki, mən cinayət törətmişəm? Dövlət Vergi Xidməti 79,441 manat vergi borcu hesablayıb, ödənilmiş vergiləri də nəzərə almayıb. Bu ölkədə fəhlələrin, müəllimlərin, qəpik-quruşa işləyən vətəndaşların ödədiyi vergilərin illərdir hansı ciblərə axdığını heç kim bilmir?”, – jurnalist deyib.
O, hökumətyönlü media qurumlarının vergidən yayınması ilə bağlı sübutlar təqdim etdiyini, lakin həmin faktlarla bağlı cinayət işi açılmadığını bildirib.
İsmayılov ona verilə biləcək həbs cəzasına görə heç kimin təəssüflənməməsini istəyib.
“Mən müsahiblərimə silah yox, mikrofon uzatmışam. Buna görə 13 il həbsin istənilməsi göstərir ki, jurnalistika bu ölkədə cinayət sayılır. Məhkəmə normal ölkədə mənə bəraət verməlidir. Amma bu ölkədə mənə bəraət verən hakimin özünü qaçaqmalçılıq ittihamı ilə tutarlar. İndiyə qədər saysız-hesabsız dəstək məktubları almışam. Tanımadığım insanlar barəmdə dəstək yazıları yazıb, müstəqil mətbuat işini vicdanla yerinə yetirib, təşkilatlar azadlığımla bağlı çağırışlar edib. Hər birinə sonsuz minnətdarlığımı bildirirəm”, – o bildirib.
İclasın sonunda Akif Qurbanov da son sözlə çıxış etməyə başlayıb. O, hakimiyyətin ölkədə “tək adam” idarəçiliyi qurduğunu və bu sistemə etiraz edənlərin repressiyaya məruz qaldığını deyib.
Qurbanov “Toplum TV işi” üzrə ittihamların məhkəmə zamanı sübut olunmadığını bildirib. Onun sözlərinə görə, özü və həyat yoldaşının gəlirləri və ödədikləri vergilərlə bağlı məhkəməyə təqdim edilən sənədlər ittiham aktında göstərilən rəqəmlərin həqiqətə uyğun olmadığını ortaya qoyub.
“Heç bir şübhə yoxdur ki, məni siyasi fəaliyyətimə, III Respublika Platformasına görə cəzalandırıblar. Lap elə tutaq ki, ittihamda yazılanlar doğrudur, məni tutun. Heç bir aidiyyəti olmayan bu uşaqlarla nə işiniz var? Onların nə günahı var?” – o deyib.
Akif Qurbanov vaxt məhdudiyyəti səbəbindən son sözünü yekunlaşdıra bilməyib. O, çıxışını iyulun 20-də keçiriləcək növbəti məhkəmə iclasında davam etdirəcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda Akif Qurbanov, Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev həbsdədir.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar. Sonradan onların ittihamları ağırlaşdırılıb. Onlar ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişlə və peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.
“Toplum TV işi”: “13 il həbs tələbi jurnalistikanın bu ölkədə cinayət sayıldığını göstərir”