Paytaxt Tbilisidə Qədir-Xum və ilahi rəhbərlik mövzusunda elmi konfrans keçirilib
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda din xadimləri, elm adamları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev, Qardabani ruhanilərindən Hacı Ramin İgidov, idarənin nümayəndəsi Kamran Məmmədov və məclisin əsas xətibi, Azərbaycandan təşrif buyurmuş ilahiyyatçı Axund Azər Sani çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Qədir-Xum hadisəsi Həzrət Məhəmməd Peyğəmbərin (s) Vida həccindən qayıdarkən Qədir-Xum adlı məkanda baş verib. Peyğəmbər (s) burada böyük bir izdiham qarşısında Həzrət Əlini (ə) özündən sonra müsəlmanlara rəhbər və vəli kimi təqdim edib.
Qeyd olunub ki, bu mübarək gün müsəlmanlar üçün birlik, məhəbbət, sədaqət və ilahi rəhbərlik dəyərlərini xatırladan böyük bir hadisədir. Həmçinin vurğulanıb ki, Qədir-Xum hadisəsi İslam tarixində xüsusi əhəmiyyət daşıyır və müsəlmanları haqq, ədalət və mənəvi dəyərlərə bağlı olmağa çağırır.
Natiqlər qeyd ediblər ki, Qədir-Xumun mahiyyətini dərk etmək cəmiyyətin inkişafı, ədalətli rəhbərlik, elm, mənəviyyat və birliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, Həzrət Əlinin (ə) həyatı və fəaliyyəti insanlıq, mərhəmət, cəsarət və ədalət nümunəsi kimi bu gün də hər bir insan üçün örnəkdir.
Tbilisidə Qədir-Xum və ilahi rəhbərlik mövzusunda elmi konfrans keçirilib