Regional, daxili və geosiyasi cəhətdən Azərbaycan tələyə düşüb

Son həbslər bir daha əsas verdi ki, ölkədə son çarə maneələri saxta ittihamlarla həbs edib aradan qaldırmaqla mümkündür(hakim partiyanın fikrinə görə). Bu isə əks təsir yaradır.
Daxili siyasətdə iqtisadi tənəzzül qapıdadır. Geosiyasi cəhətdən isə Azərbaycanı Rusiyadan başqa dəstəkləyən yoxdur. Rusiyanın dəstəyi isə şəxsi mənfəəti üçündür. Regional münasibətə qaldıqda isə Azərbaycanın Türkiyədən başqa tərəfdaşı qalmayıb. Türkiyə də iqtisadi tənəzzül yaşayır.

1-İqtisadi çöküş

Dünyanın əksər mərkəzi bankları 2022-cü ildə inflyasiyanın cilovlanmasını əsas prioritet kimi müəyyən edərək pul-kredit siyasətinin sərtləşdirilməsinə, yəni uçot dərəcəsinin sistematik olaraq artırılmasına getdilər. Azərbaycan da bu mənada istisna olmadı. Azərbaycan Mərkəzi Bankı il ərzində 4 dəfə uçot dərəcəsini artıraraq 8,25 %-ə çatdırdı.  2022-ci il dünya üzrə ərzağın 14 % ucuzlaşması, tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi Azərbaycanda inflyasiya tempinin aşağı düşməsinə təsir etdi.Nəticədə 2022-ci ilin noyabrında illik inflyasiya 15,1 %-ə (əvvəlki ayda 15,6 % olub) düşdü.

2023-cü ildə də ölkədə Covid-19 pandemiyasından sonra heç bir iqtisadi artım baş verməyib. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə görə, bu ilin ilk 11 ayında Azərbaycanda ÜDM cəmi 0.8 faiz artıb. İlboyu heç bir ayda ÜDM artımı 1 faizi aşmayıb. Adambaşına düşən ÜDM məbləğindəki artımsa daha aşağı – cəmi 0.2 faizdir. Beləcə, rəsmi rəqəmlərdən görünür ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatı ən yaxşı halda yerində sayıb.

Azərbaycanda digər ölkələrdə olduğu kimi iqtisadi proqramlar həyata keçirilmir,sahibkarlara şərait yaradılmır,kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiyalar ayrılmır.Nəticədə daxili istehsal azalır,xarici malların ölkəyə daxili isə çoxalır.Bu isə ölkədə pul ehtiyyatları ən sayını aşağı səviyyəyə salaraq növbəti infilyasiyasını reallaşdırır.
Digər məsələ isə qiymət artımı ilə bağlıdır.İnfilyasiya artdıqda Azərbaycanda ərzaqın,məişət əşyalarının qiyməti bahalaşır.İnfilyasiya səviyyəsi aşağı düşdükdə isə qiymətlər normalda etməlidir amma bu,baş vermir.
Azərbaycan xalqının bir çox məsələlərlə bağlı narazılıqları var.Onlardan biri və ən əsası yaşam tərzinin bərbad olması ilə bağlıdır.Bu isə mövcud hökümətə nifrəti artırır.

Təxmini proqnozlara görə yaxın aylarda Azərbaycanda yenidən qiymət artımı baş verəcək,infilyasiya sürətlənəcək.

2-Axərbaycan üçün geosiyasi məğlubiyyət.

Azərbaycan və Ermənistan arasında "sülh sazişi" hələ də imzalamayıb.Bu o deməkdir ki,iki ölkə yenidən müharibə edə,toqquşa bilərlər.
Rusiya Qərbə meyillənən Ermənistanı cəzalandırmaq üçün Azərbaycandan istifadə edir.Ermənistan da bunu fürsət bilib özünə müttəfiq toplamağa başladı.Ermənistan "sülh sazişinin" imzalanmamasını əsas gətirərək bildirdi ki,Azərbaycan Rusiyanın diktəsi ilə yenidən Ermənistana hücum etməyə,yeni torpaqları ələ keçirməyə hazırlaşır.Başda Fransa olmaqla Amerika,Hindistan Ermənistanı müasir silahlarla təchiz etməyə başladılar.Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığı Ukraynada müharibəyə başı qarışan Rusiya isə təklənmiş Azərbaycan üçün nəsə edə bilmir.
Hökümət nümayəndələrinin son bəyanatlarını oxuduqda anlamaq olur ki, Azərbaycan geri addım atıb.
Ölkə başçısı Zəngəzurla bağlı "Öz xoşu ilə verməsə hərbi güclə alarıq" bəyanatları səsləndirdi.Sonra isə "biz ora maşınla gələrik" sözlərini işlətdi.Bu geri addım atmaq kimi qiymətləndirilir.

3-Regional əlaqələr.

Azərbaycanın Rusiya ilə yaxınlığı Türkiyəni məmnun etməyib.Son aylar Türkiyə və Azərbaycan arasında uzaqlaşma diqqət çəkir.Bəzi xəbər mənbələri qeyd edir ki,Türkiyə İsveçin NATO-ya üzv olması üçün səs vermədə müsbət qərar çıxarması Türkiyə və Qərb arasında müəyyən razılıqlara səbəb olub.Bu xəbərdən sonra Türkiyə bəzi Rusiya şirkətləri ilə əlaqələrini dayandırdığını bildirdi.Qərblə yaxınlıq Rusiyadan uzaqlaşmaq deməkdir.Ola bilər bu tendensiya sürətlənsin və Türkiyə-Azərbaycan münasibətlərinə təsir etsin.Nəzərə alsaq ki,Azərbaycanın regionda ən səmimi müttəfiqi Türkiyədir onda deyə bilərik ki,Türkiyə-Azərbaycan münasibətlərinin pozulması Azərbaycanın tamamilə tək qalması ilə nəticələnəcək.

İkinci Qarabağ müharibəsindən öncə Azərbaycan xarici siyasətdə qalib idi.Müharibədən sonra isə böyük bir qələbəni əldən verdi.
Daxili siyasətdə də uğursuzluğa düçar olan hökümət saxta ittihamlarla xalqın fəal üzvlərini həbs edir.
Çətin anlarda hökümət xalqa söykənməlidir.Azərbaycanda isə əksinədir.Elə Azərbaycan hökümətinin uğursuzluğunun əsas səbəbi də daxildə özünə müxalif olanları düşmən olaraq görməsidir.

 

Apokalipsis