Məsud Pezeşkian bu gün, 6 noyabr 2025-ci il tarixində “Milli vəhdət hökuməti”nin Kürdüstana səfəri çərçivəsində vilayətin din xadimləri və alimləri ilə keçirilən görüşdə çıxış edərək deyib:
Bu toplantıya baxışım iman və əqidədən qaynaqlanır. Hər bir söz və qərar ilahi inanc və təlimlər üzərində qurulmalıdır. Allah-Taala buyurur: ‘Ey iman gətirənlər! Allahdan qorxun və yalnız müsəlman olaraq dünyadan köçün. Hamınız Allahın ipindən yapışın və ayrılmayın!’”
Prezident bu ayə üzərində düşünərək qeyd edib: “İmanın əsası həmrəylik, birlik və ilahi bağa sarılmaqdır; parçalanma isə həqiqətdən uzaqlaşmaq və iman nurundan ayrılmaq deməkdir.”
Pezeşkian əlavə edib: Bütün peyğəmbərlər – İbrahim və İsmayıldan tutmuş Musaya və İsaya qədər – bir mesaj gətirdilər: Yeganə Allaha iman və bir həqiqətə bağlılıq. Qurani-Kərim buyurur: ‘Deyin ki, biz Allaha və bizə və bizdən öncəki peyğəmbərlərə nazil olana iman gətirdik və onların arasında fərq qoymuruq; biz Onun qarşısında təslimik.’”
Prezident bildirib: “Həqiqi iman birliyə və vəhdətə bağlıdır. Əgər müsəlmanlar bu ayəyə əsaslanaraq Allahın ipinə sarılıb birləşsəydilər, bu gün sionist rejim Qəzzənin məzlum xalqını bombalamağa cəsarət etməzdi. Necə ola bilər ki, vahid bir ümmət zülm qarşısında sükut etsin, lakin öz daxilində parçalanmış qalsın?”
Pezeşkian qeyd edib: “İsrail azsaylı əhaliyə malikdir və ümumiyyətlə, işğal üzərində qurulub. Lakin müsəlmanlar arasında yaranmış parçalanma sayəsində bu rejim nəfəs almaq imkanı tapıb və İslam dünyası üçün problem mənbəyinə çevrilib.”
Prezident sonda vurğulayıb: “Allah peyğəmbərləri müjdələyici və xəbərdarlıq edən kimi göndərdi, səmavi kitabları nazil etdi ki, insanlar arasında haqq-ədalətlə hökm versinlər. Amma açıq-aşkar dəlillər gəldikdən sonra bəziləri həsəd və tamah ucbatından ixtilaf yolunu tutdular. İxtilafların kökü yalnız cəhalət deyil, həm də tamahkarlıq və dünyapərəstlikdir.”
Pezeşkian: İslam ümmətində parçalanma, qlobal sionizmin istəyidir
Prezident Məsud Pezeşkian bildirib: "Müsəlmanlar arasında parçalanma və ixtilaf İslam düşmənlərinin istəyidir." O vurğulayıb ki, yalnız birlik, iman və İslami qardaşlığa dönüş yolu ilə ABŞ-nin, İsrailin və qlobal sionizmin fitnələrinə qarşı dayanmaq və təfriqə dövrəsindən çıxmaq mümkündür.