Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən gün dekabrın 5-də axşam Milanda baş tutmuş növbəti görüşü üç saatdan çox davam edib.
Demokrat.Az xəbər verir ki, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan bu formatda görüşləri davam etdirmək barədə anlaşıblar. Lakin Rusiya XİN-in əvvəlcə anons etdiyinin əksinə olaraq nazirlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış etməyiblər.
Görüşdən sonra Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında görüşün “mühüm və faydalı olduğunu” deyib.
“Razılıq əldə olundu ki, danışıqları bu formatda yaxın gələcəkdə davam etdirək, çox böyük ehtimalla gələn ay”-Azərbaycan XİN rəhbəri bildirib.
Ermənistan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, nazirlər bu formatda görüşləri davam etdirmək və bu zaman formalaşmış dinamikanı saxlamaq məsələsində anlaşıblar. “Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşü ona yönəlmişdi ki, tərəflər bir-birlərinin Qarabağa dair mövqeləri və yanaşmaları ilə əsaslı şəkildə tanış olsunlar”-erməni tərəfi belə iddia edir. Hərçənd danışıqlar 25 ildir davam edir və bu müddət ərzində tərəflər bir-birlərinin mövqeləri ilə “əsaslı şəkildə tanış olmağa” yəqin ki, vaxt tapa bilmişdilər…
“Razılıq əldə olundu ki,..." - Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündən DANIŞDI

Oxşar xəbərlər