David Qareci monastır kompleksi məsələsi üzərində işləyən ekspertlərin ilk görüşü 19-23 avqust tarixlərində keçiriləcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.
Səkkiz ildir sərhədin razılaşdırılmamış hissələri üzərində iş aparılmayıb. Bu il ilk danışıqlar mayın 23-24-də Bakıda keçirilib. Növbəti iclas Tbilisidə keçirilməlidir. Həmin vaxta qədər hər iki ölkənin ekspertləri hadisə yerində sərhədin mübahisəli hissələrini tədqiq edirlər.
Darsaliya xatırladıb ki, iyulun 14-də Gürcüstan-Azərbaycan sərhədinin bir hissəsində yerli sakinlər-gürcülər və Azərbaycan sərhədçiləri arasında qarşıdurma baş verib. "Hər iki ölkənin sərhəd xidmətlərinin birgə gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində gərginlik aradan qaldırılıb", deyə o qeyd edib.
"Bu hadisədən sonra Azərbaycan tərəfi sərhədçilərin sayını artırıb və onların nəzarəti altında olan ərazidə müvəqqəti infrastruktur yerləşdirib. Paralel olaraq bu hissədə gürcü sərhədçilərin sayı da artırılıb. Bu zaman, təhlükəsizlik məqsədilə və gələcək insidentlərdən uzaq olmaq üçün ziyarətçilər və turistlər üçün müvəqqəti məhdudiyyət qoyulub", deyə Darsaliya bildirib.
"Hazırki mərhələdə vəziyyətin adi rejimə qaytarılması məqsədilə sərhəd idarələri arasında fəal danışıqlar aparılır. Paralel olaraq vəziyyətin süni olaraq gərginləşdirilməsi yolverilməzdir", deyə Darsaliya qeyd edib.
David Qareci (Keşikçi Dağ) monastırı ətrafında vəziyyət aprelin sonlarında gərginləşib, Azərbaycan sərhədçiləri Udabno monastırına - David Qareci kompleksinin Azərbaycan ərazisində yerləşən hissəsinə gedən yolu bir neçə günlük bağlayıb. Bu, monastır kompleksinə baş çəkən Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatlarından sonra baş verib. Bakıda onun ifadələri təxribat xarakterli bəyanatlar kimi qiymətləndirilib.
Sərhədin delimitasiyasə və demarkasiyası üzrə Birgə Komissiyanın işinin bərpa edilməsindən dərhal sonra Azərbaycan David Qareciyə yol çəkməyə başlayıb.
Gürcüstan hakimiyyəti, öz növbəsində, əhalini emosional dəyərləndirmələrdən çəkinməyə və iki ölkə hakimiyyətinə danışıqları sakit şəraitdə aparmaq üçün vaxt verməyə çağırıb. -02D-
Sərhədin delimitasiyası üzrə Gürcüstan-Azərbaycan Komissiyası avqustun 19-23-də toplanacaq

Oxşar xəbərlər