Gürcüstan Baş Prokurorluğu Prezident Administrasiyasının 5 rəsmisini dindirilməyə çağırıb.
Bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb.
Bildirilib ki, administrasiyanın işçiləri Gürcüstan Prezidenti Salome Zurabişvilinin avqustun 28-də imzaladığı əfv sərəncamı ilə bağlı aparılan araşdırmalarla əlaqədar dindiriləcəklər.
S. Zurabişvilinin bu il avqustun 28-də "Mariamoba" bayramı ilə əlaqədar 34 məhkumun əfv edilməsi barədə sərəncamı ictimaiyyət arasında narazılığa səbəb olub. Belə ki, əfv siyahısında adı qeyd edilənlərdən üçü qətlə görə həbs olunan, bir nəfər isə beynəlxalq axtarışda olan şəxs olub. Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyasının Baş Prokurorluğa müraciətindən sonra sentyabrın 20-də Prezident Salome Zurabişvili barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi maddəsi üzrə istintaq başlayıb.
İddialar təsdiqini taparsa, Prezident üç ilədək vəzifə tutmaqdan məhrum edilə və ya fəaliyyətindən məhrum edilməklə üç ilədək həbs edilə bilər.
Gürcüstanda Prezident Administrasiyasının 5 rəsmisini dindirilib
Oxşar xəbərlər