Yəməndə müstəqillik günü böyük yürüşlərlə anıldı
Yəmən xalqı ölkəsinin Böyük Britaniya işğalından azad edilməsinin 58-ci ildönümünü paytaxt Sənada və müxtəlif vilayətlərdə keçirilən genişmiqyaslı yürüşlərlə qeyd edib. 30 noyabr tarixi münasibətilə təşkil olunan aksiyalar minlərlə insanı bir araya gətirib və bu il tədbir “Azadlıq bizim seçimimizdir… İşğalçı məhvə məhkumdur” şüarı altında keçirilib.
Fələstin və Livana dəstək mesajı
Meydana toplaşan yəmənlilər yayımladıqları bəyanatda bir daha ölkənin prinsipial mövqeyini vurğulayaraq, “haqlı və ədalətli siyasətlərdən geri çəkilməyəcəklərini” bildiriblər. Onlar Fələstin və Livan xalqlarını, eləcə də “ümumilikdə zülmə məruz qalan ümmət övladlarını” tək buraxmayacaqlarını xüsusi qeyd ediblər.
“Növbəti mərhələyə hazırıq”
Açıqlamada həmçinin Yəmənin qarşıdakı mərhələyə hərbi və təhlükəsizlik baxımından tam hazırlıqlı olduğu vurğulanıb. Rəsmi və ictimai səviyyədə səfərbərlik elan edildiyi, ölkənin düşmənlərin planlarına qarşı yüksək hazırlıq vəziyyətini qoruduğu diqqətə çatdırılıb.
“Xalqlar iradə ilə böyük qələbələr qazana bilər”
Yayımlanan bəyanatda zülmə məruz qalan xalqlara müraciət edilərək bildirilib ki, iradə və əzm olduğu təqdirdə xalqlar böyük qələbələr əldə edə bilər. Yəmənlilər bu dayanışmanın regional və beynəlxalq səviyyədə vacib olduğuna diqqət çəkiblər.
Yəməndə müstəqillik yürüşləri: Fələstin və Livana dəstək mesajı