Pakistanın Çaxval şəhərində Ümmət Birliyi Konfransı keçirilib

Pakistanın Çaxval şəhərində şiə və sünni alimlərinin qatıldığı "Ümmət Birliyi" konfransı keçirilib. "Qəzza zolağında Ümmətin Sınağı" mövzusunda keçirilən görüşdə regional və qlobal çətinliklər qarşısında İslam həmrəyliyinin zəruriliyi vurğulanıb.

Tədbirə qatılanlar Qəzzada yaşanan son hadisələri təhlil edərək İsrailin soyqırımına qarşı İslam ümmətinin birlik və bərabərliyinin zəruriliyini diqqətə çatdırıblar.