Qırğızıstanda silahlılar mədrəsəni ələ keçirib

Qırğızıstanın paytaxtı Bişkekin 30 kilometrliyində yerləşən Dmitriyevka kəndində mədrəsə və məktəbi bir qrup silahlı şəxs ələ keçirib. Yerli mediaya istinadla xəbər verir ki, polis qəsəbəyə giriş-çıxışı bağlayıb. Təhlükəsizlik qüvvələri silahlı şəxslərin saxlanılması üçün orada xüsusi əməliyyat keçirib. Son məlumata görə əməliyyatda bir terrorçu məhv edilib, iki əsgər yaralanıb. Rəsmi Bişkek əməliyyatın detalları haqqında məlumat vermir. Eyni halda silhli şəxslərin mədrəsəyə hücumla bağlı tələbləri də açıqlamır.