Ənsarullahın təhdidlərindən sonra İsrail gəmiləri marşrutlarını dəyişdirib

İsrail Radio və Televiziya Təşkilatı İsrailin "ZİM" şirkəti Ərəbistan dənizi və Qırmızı dənizdəki vəziyyətə görə öz gəmilərinin Süveyş kanalı yolu ilə marşrutunu dəyişəcəyini açıqlayıb.

Sionist rejimin Qəzzaya cinayətkar hücumlarından sonra Yəmənin Ənsarullah hərəkatı bundan sonra istənilən sionist gəmisini və ya sionistlərlə əməkdaşlıq edən hər hansı şirkətin gəmilərini ələ keçirəcəyi ilə hədələyib.