İsrailin Baş naziri Türkiyə ilə hərbi qarşıdurmadan yayınmağa çalışdığını, lakin bütün mümkün ssenariləri nəzərə aldıqlarını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə birbaşa hərbi qarşıdurmanın baş verməsini istəmədiyini açıqlayıb.
“Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşma həddinə çatmarıq. Ən azı, bunun baş verməməsi üçün çalışıram”, – deyə Netanyahu bildirib.
“The Jerusalem Post”un məlumatına görə, İsrailin Baş naziri Türkiyə ilə münasibətlərin əvvəlki səviyyəyə qayıtmasını arzuladığını, lakin Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə bunun mümkün olacağına inanmadığını söyləyib.
“Düşünmürəm ki, bu, Ərdoğanın hakimiyyəti dövründə baş versin”, – Netanyahu deyib.
İsrailin Baş naziri Ərdoğanın İsrailə qarşı sərt bəyanatlarını tənqid edib. O, Türkiyə Prezidentinin İsrail dövlətinin məhv edilməsini istədiyini və Qüdsün Türkiyəyə məxsus olduğunu iddia etdiyini bildirib.
Netanyahu bu açıqlamaları düşmən mövqeyi kimi qiymətləndirərək İsrailin bütün mümkün ssenariləri nəzərə aldığını vurğulayıb.
Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampla Türkiyə məsələsində fikir ayrılıqlarının olduğunu etiraf edib.
İsrail və Türkiyə arasında münasibətlər son illərdə, xüsusilə Qəzzada müharibə və Suriyadakı hərbi-siyasi proseslər fonunda kəskinləşib.
Ankara İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edir. İsrail isə Türkiyənin Suriyada hərbi təsirini genişləndirmək cəhdlərindən narahatlığını bildirir.
Netanyahu: “Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşma həddinə çatmarıq”

Oxşar xəbərlər