Həbsdə olan vicdan məhbuslarının ölkəmizdəki xarici ölkə səfirliklərinə və diplomatik korpusun nümayəndələrinə göndərdiyi informasiya vasitələri ilə müraciəti:
Hörmətli səfirlər və diplomatik korpusun nümayəndələri!
Biz vicdan məhbusları dini etiqadlarımıza görə dəfələrlə repressiyalara məruz qalıb və hal-hazırda həbs həyatı yaşamaqdayıq. Bizim həbslərimizdə qaneedici olmayan bu totalitar rejim indi də orta məktəblərdə təhsil alan inanclı övladlarımızın baş örtüsü olan hicabla təhsil almasını birmənalı olaraq qadağan qoyublar.
Övladlarımız orta məktəblərdən kobud və psixoloji təsir göstərilməklə qovulurlar. Onlar da gözüyaşlı və psixoloji sarsıntı içərisində evimizə qayıdırlar. Bu səbəbdən xahiş edirik ki, bizim övladlarımızın təhsilinin davam etdirilməsi üçün ölkənizdə ailə üzvlərimizə də sığınacaq verəsiniz və yaxud da ölkəmizdəki sizin tabeliyinizdə olan təhsil müəssisələrində təhsil almaq üçün övladlarımıza şərait yaradasınız.
Bizlərin cəzaçəkmə müəssisəsində təhlükəsizliyimizin təmin olunmasına köməklik göstərəsiniz. Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
Həbsdə olan vicdan məhbusları:
Abduləliyev Şamil
Alışov Vüsal
Nahid Qəhrəmanlı
Aslanov Seymur
İsmayılov Etibar
Əliyev Ramin
Ağayev İsmayıl
Allahverdiyev Şərif
Məhbuslar səfirliklər və diplomatik korpus nümayəndələrinə müraciət ünvanladı

Oxşar xəbərlər