Sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunda yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Bununla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.
Məlumatda deyilir ki, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Habelə bildirilir ki, vəziyyət nəzarətə alınıb.
Açıqlamaya görə, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
"Xəsarət alan olmayıb", - rəsmi məlumatda əlavə edilir. Amma hadisənin miqyası və səbəbi açıqlanmır.
Goranboyda sursat anbarında partlayış baş verib