Vüqar Alıyev nəhayət ailəsi ilə əlaqə saxlayıb

Avqustun 1-dən saxlanıldığı Umbakı qapalı həbsxanasından köçürülən Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü, ictimai fəal Vüqar Alıyev nəhayət bu gün (22 avqust) ailəsi ilə əlaqə saxlayıb. İnanclı 10 saylı cəzaçəkmə müəsisəsinə köçürüldüyünü bildirib.

Köçürülən gündən karantinə alınan inanclının ardından 7 gün karser cəzası həbsxanalarda “qulaqburması” olaraq tətbiq edilir. Əgər müəsisəyə gələn məhbus siyasi statusda, eyniliklə ciddi-qapalı rejimlərdən göndərilirsə, müəsisə rəhbərliyi özünü sığortalamaq üçün ona karantin bitər-bitməz mütləq karser cəzası verməklə buranın əsas “sahib”ni tanıtmağa çalışır. Bu hal həbsxana praktikasında geniş yayılmış insidentdir. 

Vüqar Alıyev 2022-ci ildən narkotik ittihamı ilə həbsdədir. O, burada Müsavat və Milli Şuranın üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək və siyasi məhbuslara azadlıq tələbi ilə ötən il may ayında aksiyaya qoşulmuşdu. Bu səbəbdən onun 13 saylı cəzaçəkmə müəssisəsindən Umbakı qapalı həbsxanasına göndərilmişdi.

O, daha sonra jurnalist və inanclı qadınların azadlığa buraxılması tələbi ilə həbsxanada keçirilən aclıq aksiyasına qatımışdı.

 İnanclı Umbakı qapalı həbsxanasından cəza müddətinin bitirib 10 saylı müəsisəyə köçürülüb. Köçürülmə baş verən gündən 21 günlük zamanda ailəsinin onunla bağlı heç bir məlumat ala bilməməsi onlarda ciddi narahatlıqlara səbəb olub. Məsələ ilə bağlı Vüqarın atası Penitensiar xidmətin qaynar xətti, Ombudsmanlıqla dəfələrlə əlaqə saxlasa da ona dəqiq heç bir məlumat əldə edə bilməyib.