İraq Hizbullahı: Şərtimiz ABŞ və Türkiyə qoşunlarının geri çəkilməsidir

İraq Hizbullah Briqadaları İraq hökuməti ilə hər hansı bir razılaşma üçün şərtlərinin ABŞ və Türkiyə qoşunlarının ölkədən çıxarılması olduğunu bildirib.

Əl-Cəzirənin məlumatına görə, İraq Hizbullah Briqadalarından bir təhlükəsizlik rəsmisi deyib: "İstənilən hökumətlə silah məsələsində razılığa gəlmək üçün şərtimiz ABŞ terrorçu qoşunlarının geri çəkilməsidir".

İraq Hizbullah Briqadalarının təhlükəsizlik rəsmisi həmçinin bildirib ki, digər bir şərt Türkiyə qoşunlarının Şimali İraqdan geri çəkilməsi və Peşmərgə qüvvələrinin (İraq Kürdüstan Bölgəsində Bərzaninin komandanlığı altında olan milis qüvvələri) ləğv edilməsidir.

Əl-Cəzirənin məlumatına görə, Hizbullah Briqadaları rəsmisi əlavə edib ki, Baş nazirin (Əl-Zeydi) məsuliyyətsiz hərəkətlərinə qarşı səbrləri tükənməkdədir.