İnanclı xanımların məhkəməsi təxirə düşüb

Bakı şəhəri Xəzər Rayon Məhkəməsində inanclı xanımların iyulun 15-nə təyin edilən məhkəməsi təxirə düşüb. Buna səbəb vəkil Zibeydə Sadıxovanın iclasa qatıla bilməməsi olub. Vəkil bildirib ki, o, Apellyasiya Məhkəməsində müdafiə tərəf olaraq iştirak edir deyə, bu məhkəməyə gələ bilməyəcək. Hakim məhkəməni ertələyib.

Növbəti iclas 29 iyul saat 15:00-a təyin edilib.

Xatırladaq ki, 6 inanclı xanım Nigar Bağırova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova, Arzu Hüseynova, Aytən İbrahimova və Şəhla Fərəcova 2025-ci il avqustun 15-də Binə qəsəbəsində İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) günündə ehsan payladıqları üçün saxlanılıblar.

İnanclılar barəsində məhkəmə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başladıb.

Xanımlar heç bir ittiham aktını qəbul etmir və məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb edirlər.