Aleksandr Duqin: Lindsi Qrehemin qəfil ölümü Tramp üçün bir işarədirmi?

Rusiyalı strateq Aleksandr Duqin sosial media hesabında ABŞ senatoru Lindsi Qrehemin qəfil ölümü ilə bağlı təəccüblü qiymətləndirmələr edib. Duqin Qrehemin qəfil ölümünün Trampa bir mesaj olduğunu bildirib. Duqinin açıqlamalarının təfərrüatları bunlardır...

Aleksandr Duqin Lindsi Qrehemin qəfil ölümünün arxasında İranın dayandığına inanmadığını bildirib və aşağıdakı ifadələrdən istifadə edib:

"Lindsi Qrehemin qəfil ölümü Trampa göndərilən qaranlıq bir işarə ola bilər. İnanmıram ki, bunu iranlılar edib.

Ən real ehtimal budur ki, bu, Trampı yenidən İrana qarşı tammiqyaslı müharibəyə sürükləmək məqsədi daşıyan Mossadın işidir.

Bu, açıq şəkildə "Növbəti sənsən" mesajını göndərir.

Lindsi Qrehem Trampın kölgəsi, onun qaranlıq tərəfi idi."

Onun, qəfil xəstəlik nəticəsində vəfat etdiyi bildirilir.

Xatırladaq ki, ötən gün ABŞ Respublikaçı senatoru Lindsi Qrahamın vəfat etdiyi bildirildi. Qrahamın ölümü ilə bağlı rəsmi açıqlamalarda səbəb barədə ətraflı məlumat verilməyib.